Afər Şirvanlı – 55

Müsavat Partiyasının başqanı Arif Hacılı Afər Şirvanlını 55 illik yubileyi  münasibəti ilə təbrik edib. Təbrikdə deyilir:

“Hörmətli Afər bəy!

Sizi 55 illik yubileyiniz münasibəti ilə ürəkdən təbrik edir, Sizə uzun ömür, can sağlığı və işlərinizdə uğurlar arzulayıram.

Siz 1995-ci ildən Müsavat Partiyasının üzvü kimi ölkəmizdə gedən azadlıq və demokratiya, vətəndaş cəmiyyəti quruculuğu uğrunda mübarizənin həmişə ön sıralarında olmusunuz.

Eyni zamanda Nəsimi rayon təşkilatının İdarə Heyətinin  üzvü kimi təşkilatın fəaliyyətinin yaxşılaşdırılmasına öz töhfənizi vermisiniz.

Prinsipial və fədakar mübarizənizə görə dəfələrlə təqib və təzyiqlərlə üzləşsəniz də, heç zaman öz əqidənizdən dönməmisiniz və bunun nəticəsi olaraq partiyada özünüzə hörmət və nüfuz qazanmısınız. İnanıram ki, bundan sonra da həm partiya, həm də Azərbaycan cəmiyyətinin mənafeləri naminə fəaliyyətinizi davam etdirəcəksiniz.

Siz mehriban, qayğıkeş bir ailə başçısı, ata və babasınız. İnanıram ki, hər zaman övladlarınız, Sizi tanıyanlar Sizinlə qürur duyacaqlar.

Hörmətli Afər bəy!

Sizi bir daha 55 illik yubileyiniz münasibətilə təbrik edir, Sizə şəxsi həyatınızda xoşbəxtlik, apardığınız bu şərəfli mübarizədə uğurlar arzulayıram.”

 

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: