Kəmaləddin Heydərov referendumu sabotaj etmədiyini göstərməyə çalışdı?

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov referendumda iştirak edib.

Publika.az xəbər verir ki, nazir 17 saylı Yasamal 3-cü seçki dairəsinin 1 saylı məntəqəsində səs verib. Xəbərdə həmçinin qeyd olunub ki, fövqəlnazirin səs verdiyi məntəqədə “seçici aktivliyi” müşahidə olunub.

Adətən prezidentin yaxud partiya sədrlərinin səsvermədə iştirakı haqda xəbər hazırlandığından, bu statusda olmayan Kəmaləddin Heydərovun seçkidə iştirakının nümayiş etdirilməsi, xüsusən bu xəbərin feysbukda pullu reklam olaraq paylaşılması maraq doğurub.

Müşahidəçilərin qənaətinə görə, Kəmaləddin Heydərov səsvermədə özünün iştirakını nümayiş etdirməklə, onun bu referendumu sabotaj etdiyi haqda mətbuatda fikirləri təkzib etməyə çalışır. Xatırladaq ki, ötən həftə bəzi hakimiyyətyönlü media orqanlarında Kəmaləddin Heydərovun müxalifətin bir hissəsinə dəstək verərək, hakimiyyət başçısına güc göstərdiyi haqqında yazılar dərc olunub.

Bastainfo.com

 



This post has been seen 604 times.

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: