Referendumdan sonra

Elman Fəttah, Müsavat başqanının müavini

Heç əsaslandırmağa ehtiyac yoxdur ki, ölkədə vəziyyət çox ağırdır.

Rejim ölkəni 3 mühüm instrumentlə idarə edirdi, indiyə kimi.

Ciddi beynəlxalq dəstək; böyük valyuta axını; və bu iki mühüm amilin sayəsində yaratdığı xof mühiti ilə.

Rejim o qədər güclü hiss edirdi ki, özünü. Hətta bir ara, iqtisadi baxımdan da, siyasi baxımdan da özünü «müstəqil» sanırdı.

Artıq vəziyyət dəyişib. Həm də çox dəyişib.

Rejim hər iki resursunu, həm beynəlxalq dəstəyini , həm də maliyyə imkanlarını itirib. Onu ayaqda saxlayan hər iki sütun yıxılıb. Hələ də davam edən xof isə, sadəcə inersiyadır. Obrazlı desək, arxın suyu başdan kəsilib, amma axıntı hələ bir müddət davam edir.

Rejim iqtisadi müstəqilliyini tam itirib.

Siyasi müstəqilliyi isə onsuz da yox idi. Ona elə gəlirdi ki var.

İndiki halda dəyişiklik mütləqdir və labüddür.

2 ssenari deyə bilərik:

Rejim iqtisadi, siyasi azadlıqların önünü açmalı olur və xalqa təslim olur.

Ya da beynəlxalq maliyyə qurumlarına təslim olur. Onların təqdim etdiyi hazır «inkişaf paketləri» ilə nəticə etibarı ilə yenə də ən azı azadlıqların verilməsini imitasiya etməyə məcbur olur.

Rejim yəqin ki, ikincini seçəcək (buna məcburdur). Amma anlamalıdırlar ki, heç bir manevr cəhdi rejimi xilas edə bilməyəcək.

«Qara zolağa» girmisiz, cənablar, bu referendu(ru)m sizin qürubunuzu durdurmaya yetməyəcək.

Bastainfo.com

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: