Tbilisidə ‘Referenduma yox!’ aksiyası

Bu gün, sentyabrın 26-da Gürcüstan paytaxtı Tbilisidə Azərbaycan səfirliyinin önündə aksiya keçirilib.

Meydan TV-nin xəbərinə görə, aksiya Azərbaycanda keçirilən referendumun əleyhinə təşkil edilib.

Aksiya iştirakçıları əllərində «Xalq kral istəmir!» şüarı yazılmış plakat tutublar.

Bundan başqa, həbsdə olan REAL Hərəkatının sədri İlqar Məmmədovun, AXCP fəalı Murad Ədilovun və Müsavat Partiyası başqanının müavini Fərəc Kərimlinin şəkillərini qaldırıblar.

“Gürcü polisi gəlmişdi aksiyamızı izləməyə. İzlədilər, qanunu izah elədilər məlum olanda ki, qanunu pozmamışıq cəkilib getdilər”, – aksiyanın təşkilatçılarından olan Əfqan Muxtarlı özünün feysbuk səhifəsində yazıb.

 

efqan-1-11

bastainfo.com

%d bloqqer bunu bəyənir: