Xalqa qarşı cinayətin ən yüngül maddələri

Yalçın İmanov

Cinayət Məcəlləsində seçki hüququnun həyata keçirilməsi ilə bağlı yaranan ictimai münasibətləri tənzimləyən 5 maddə – 159, 159-1, 160, 161 və 308.2 – var. (Yeri gəlmişkən, İnzibati Xətalar Məcəlləsinin 21-ci fəsilində siyasi, sosial və əmək hüquqları əleyhinə olan inzibati xətalar fəsilində 164-179-cu maddələrdə seçki hüquqlarının pozulması ilə bağlı inzibati məsuliyyət nəzərdə tutan normalar da yer alır).

159-cu maddə seçki (referendumda iştirak) hüquqlarının həyata keçirilməsinə mane olmanı, 159-1 seçkilərdə (referendumda) iştirak qaydalarını pozmanı, 160seçki (referendum) komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərməni, 161 seçki (referendumda iştirak) sənədlərini saxtalaşdırma, bilə-bilə səsləri düzgün hesablamama, yaxud səsvermənin gizliliyini pozmanı və nəhayət, 308.2 vəzifə səlahiyyətlərindən sui-istifadə… seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədilməsini nəzərdə tutur.

Cinayət Məcəlləsinin 15-ci maddəsində cinayətlərin təsnifatı verilir və orada cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq 4 növü təsnifləşdirilir: 1. böyük ictimai təhlükə törətməyən; 2. az ağır; 3. ağır; 4. xüsusilə ağır cinayətlər.

Böyük ictimai təhlükə törətməyən cinayətlərə görə azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi 2 il, az ağır cinayətlərə görə 7 il, ağır cinayətlərə görə 12 il, xüsusilə ağır cinayətlərə görə 12 ildən artıq və ya daha ağır cəza nəzərdə tutulur.

Məcəllənin insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları əleyhinə olan cinayətlər  fəslində yer almış 159, 159-1, 160, 161-ci maddələri böyük ictimai təhlükə törətməyən, başqa sözlə desək, sanksiyasında uzaqbaşı 2 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutan maddələrdi.Korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər fəsilində yer almış 308.2-ci maddə isə az ağır və ağır cinayətdir.

Bir az da dəqiqləşdirsək, 159-cu maddənin tövsifedici əlamətlərini (ələalma, aldatma, hədələmə, zor tətbiq etməklə və ya zor tətbiqetmə hədəsi ilə törədildikdə – 159.4.1; qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə -159.4.2; və vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə -159.4.3) çıxmaq şərtilə qalan dörd maddə böyük ictimai təhlükə törətməyən cinayətdir, altenativ salnksiyalıdır, cərimə və ya  ictimai işlər və yaxud da da maksimum 2 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

159-cu  maddənin ağırlaşdırıcı üç bəndi – 159.4.1, 159.4.2 və 159.4.3 –az ağır cinayət olmaqla 500 manatdan 1000 manatadək cərimə və ya 3 ilədək müddətə müəyyən vəzifətutma və ya müəyyən fəaliyyətlə məşğulolma hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.

308.2-ci maddə isə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə “hədələyir”.

Bu cinayətlərin ictimai təhülükəliliyi seçkilərdə (referendumlarda) seçicilərin, namizədlərin, partiyaların, siyasi partiyalar bloklarının seçki kampaniyalarına müdaxilələr etməsi, pozması, seçki hüquqularının həyata keçirilməsinə, seçkili dövlət və yerli özünüidarə orqanlarının xalqın iradəsinə  uyğun formalaşdırılmasına ciddi maneələr yaratmasıdır.

Konstitusiyanın 6-cı maddəsində hakimiyyətin mənimsənilməsinə yol verilməməsindən bəhs edilir. Maddənin 1-ci bəndinə əsasən Azərbaycan xalqının heç bir hissəsi, sosial qrup, təşkilat və ya heç bir şəxs hakimiyyətin həyata keçirilməsi səlahiyyətini mənimsəyə bilməz. 6-cı maddənin 2-ci bəndində deyilir ki, hakimiyyətin mənimsənilməsi xalqa qarşı ən ağır cinayətdir.

Son illər qanunvercilik sistemində bir çox sahələr üzrə sərtləşdirmələr aparılıb, cəzalar ağırlaşdırılıb, bir çox hüquqların dairəsi ciddi şəkildə məhdudlaşdırılıb. Ancaq hansı səbəbdənsə (?!) seçki cinayətləri ilə bağlı normalar “yaddan çıxıb”. (Hərçənd bu maddələrin nə qədər işlək olması başqa bir söhbətin mövzusudur).Halbuki, Konstitusiya və məntiq daha çox bu maddələrin sərtləşdirilməsini tələb edirdi. Çünki hakimiyyətin mənimsənilməsi, xalqa qarşı ən ağır cinayət bir sıra hallarda elə məhz seçki hüquqlarının pozulması, seçki cinayətləri fonunda həyata keçirilir. Bu maddələrdən isə belə çıxır ki, xalqa qarşı ən ağır cinayətə yol verib, cərimə də olunmaq olar. Hələ o da olsa…

(azadliq.info)

 

Bastainfo.com



This post has been seen 13 times.

3 thoughts on “Xalqa qarşı cinayətin ən yüngül maddələri

  • 01.12.2016 at 05:00
    Permalink

    228895 650176Im not certain why but this weblog is loading incredibly slow for me. Is anyone else having this issue or is it a issue on my end? Ill check back later and see if the issue still exists. 977219

    Reply
  • 03.12.2016 at 10:55
    Permalink

    An impressive share! I have just forwarded this onto a friend who was doing a little homework on this. And he actually bought me lunch simply because I stumbled upon it for him… lol. So let me reword this…. Thanks for the meal!! But yeah, thanx for spending some time to discuss this topic here on your internet site.|

    Reply
  • 07.12.2016 at 11:03
    Permalink

    Asking questions are in fact good thing if you are not understanding anything totally, however this post gives nice understanding even.|

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: