Prokuror Cahangir Hacıyevə 17 il həbs cəzası istəyib

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevin işi üzrə məhkəmədə prokuror müttəhimin 17 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib, mətbuat bildirir.

İttiham tərəfi iş üzrə keçən daha yeddi nəfər üçün uzun müddətli həbs cəzalarını tələb edib.

Cahangir Hacıyev mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi bir neçə maddə üzrə ittiham olunur.

Müttəhimin vəkili prokurorun ittihamlarını əsassız adlandırıb.

Fəxrəddin Mehdiyev hesab edir ki, işdə cinayət tərkibinin olmadığı üçün ona mülki proses kimi baxılmalıdır.

“Müttəhim öz günahını inkar edir və biz öz çıxışımızda bu barədə söyləyəcəyik”, – Fəxrəddin Mehdiyev Turan agentliyinə bildirib.

Proses oktyabrın 3-də davam edəcək.

Ötən ilin mart ayında vəzifəsini tərk edən Cahangir Hacıyev dekabr ayında həbs olunub.

Beynəlxalq Bank 1992-ci ilin 30 dekabrından fəaliyyətdədir və Azərbaycanın ən böyük bankı hesab olunub.(BBC)

 

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: