İdmançımız Tailand boksunun canlı əfsanəsini məğlub edib

İdmançımız Xəyal Caniyevin Tailand boksunun canlı əfsanəsi, dünyanın ən güclü muay-tay döyüşçüsü Buakaw Banchamek’a qarşı qanlı döyüşdə qələbəsi sensasiya yaradıb.

 

 

Honq Konqda muay-tay üzrə “Top King World Series” adlı dörd ən güclü idmançının iştirak etdiyi nüfuzlu turnirə yekun vurulub.

Bu barədə RAUNDAZ.COM  saytı xəbər verir ki.

İlk yarımfinalda azərbaycanlı döyüşçü “Best of the Best” promouşen qrupunun üzvü Xəyal Caniyev Tailand boksunun canlı əfsanəsi, dünyanın ən güclü muay-tay döyüşçüsü Buakav Bançameklə üz-üzə gəlib.

İlk raund zamanı X. Caniyevin güclü zərbəsinin qarşısını ala bilməyən B. Bançamek başından ciddi zədə alıb. Bununla belə döyüş dayandırılmayıb. Üç raundluq görüş zamanı azərbaycanlı idmançı titullu rəqibini üstələyib.

Beləliklə, uzun illər məğlubiyyət acısı yaşamayan Buakav Xəyal Caniyevə uduzub. Hakimlər yekdilliklə Xəyal Caniyevin qələbə qazandığını təsdiqləyiblər.

Tailand mətbuatı əfsanəvi idmançıları Buakav Bençamekin məğlubiyyətinə inanmaq istəmədiklərini yazıb.Qeyd edək ki, 21 yaşlı Xəyal Caniyev Azərbaycanın “Best of The Best” promouşen qrupunun üzvüdür. K-1 brendinin sahibi olan promouşenin prezidenti Elnur Məmmədovun rəhbərliyi altında təşkilatda onlarla perspektivli idmançı məşq edir. Ötən il Buakav Bençamek Bakıda keçirilən K-1 World Max-da iştirak etdiyi və inamlı qələbə qazandığı bildirilir.

bastainfo.com

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: