Arif Hacılı: “Hakimiyyət üç il əvvəl olduğu qədər monolit deyil”

Müsavat Partiyası məhdud siyasi fəaliyyət imkanlarına baxmayaraq, qanun çərçivəsində avtoritarizmin güclənməsinə qarşı mübarizəni davam etdirəcək. Bu fikri Turan agentliyinin Çətin Sual verilişinə müsahibəsində Müsavat Partiyasının lideri Arif Hacılı bildirib.

Partiya bundan sonra da öz qurumlarını möhkəmləndirəcək, media və ictimaiyyətlə işləyəcək, ölkənin aktual problemlərini müzakirə edəcək və əlbəttə, etirazçı elektoratın fəallaşması üçün kütləvi aksiyalar keçirəcək, deyə o bildirib.

Hacılı hesab edir ki, etirazçı elektoratın fəallaşması qaçılmazdır, belə ki, yaxın gələcəkdə dərin iqtisadi böhranın nəticələri güclənəcək.

Bundan başqa, Azərbaycanı referendumdan sonra siyasi böhran da gözləyir, belə ki, hakimiyyətin siyasəti ölkənin yüksək eşelonlarında da gərginliyi artırır.

“Hakimiyyət üç il əvvəl olduğu qədər yekparə deyil. Mərkəzdənqaçma təmayülləri güclənir və yaxın gələcəkdə onların təzahürü daha da aydın görünəcək”, deyə Hacılı bildirib.

O, hakimiyyətin referendumun islahatların dərinləşdirilməsi üçün hüquqi baza yaratdığı haqqında bəyanatıilə razı deyil.

“Siyasi, hüquqi islahatlar hakimiyyət bölgüsündən başlamalıdır. Qanunverici hakimiyyətin onsuz da səlahiyyəti az idi, indi isə daha da azalıb və prezident parlamenti buraxa bilər.

İcra hakimiyyətinin bütün səlahiyyətləri artıq prezidentə məxsusdur, amma indi onlar daha da çoxdur.

Məhkəmə hakimiyyəti də icra hakimiyyətindən asılıdır. Buna görə referendumun islahatlar üçün hüquqi bazanı artırdığı haqqında bəyanat yalandır. Hakimiyyətin əsl niyyəti hakim rejimi gücləndirməkdir”, deyə Hacılı bildirib.

Müsavat Partiyası respublika dəyərlərini məhv edən avtoritarizmə qarşı mübarizə üçün digər qüvvələrlə əməkdaşlığa hazırdır. Müsavat ümumi məqsədlər əsasında müxalifətin əməkdaşlığı mərkəzini yaratmağı təklif edir.

Vaxtından əvvəl prezident seçkiləri elan edildiyi təqdirdə Müsavat-ın mövqeyinin necə olacağı barədə suala cavabda Hacılı deyib ki, partiya seçkilərdə iştirakın tərəfdarıdır, çünki hazırki reallıqlar şəraitində müxalifətin səmərəli boykot üçün resursu yoxdur. Amma hər şey hakimiyyətin davranışından da asılı olacaq.

“Biz parlament seçkilərində iştirak etmişik, amma hakimiyyət müxalifət namizədləri üçün 4 dəqiqəlik efir vaxtını belə ləğv edib. Bu referendumda onlar Müsavat-ın təşviqat qrupunu qeydiyyata almayıb, baxmayaraq ki, 2009-cu il referendumunda müxalifətin iki təşviqat qrupu olub və onların televiziyada çıxış etmək imkanı olub”, deyə Hacılı bildirib.

Müsavat Partiyasının prezident vəzifəsinə namizədinə gəlincə, iki il əvvəl partiyanın 8-ci qurultayında təşkilatın keçmiş sədri İsa Qəmbərin namizədliyini irəli sürmək qərara alınıb.

Turan İA

 

 

Bastainfo.com



This post has been seen 5 times.

One thought on “Arif Hacılı: “Hakimiyyət üç il əvvəl olduğu qədər monolit deyil”

  • 03.12.2016 at 11:32
    Permalink

    Thanks for sharing your info. I truly appreciate your efforts and I am waiting for your next post thank you once again.|

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: