“Ölkə adı: 22” nin satışına qadağa qoyuldu

Tənqidçi yazar Zümrüd Yağmurun ötən aylarda nəşrdən çıxmış “Ölkə adı:22” romanının satışına qadağa qoyulub. Bu haqda məlumatı Zümrüd Yağmur özü “Basta” ya verib.

Zümrüd Yağmur deyir:

“Ölkə adı:22” romanının satışına qadağa qoyulub.
Bir necə gün əvvəl bir oxucu mənə müraciət edərək əsəri necə əldə edə biləcəyini soruşdu. Ona hansı kitab dükanlarından
əldə edə biləcəyini söylədim.
Lakin keçən gün oxucu mənə yazaraq bildirdi ki, o bu gün iki dükandan kitabı soruşsa da əldə edə bilməyib.
Əsərin satışda bitdiyini zənn edib romanın yayımı ilə məşğul olan şəxs bu gün kitab dükanlarına baş çəkərək yenidən onlara kitab vermək istəyəndə aydın olub ki, əsər satışdan qaldırılıb. Səbəb olaraq da o göstərilib ki, əsərdə siyasi calarlar var və hakimiyyət əleyhinə yazılıb.
Belə…”
Açığı deyim ki, çox gecikmiş addımdı. “Ölkə adı:22″əsəri onsuz da satılıb, əldə qalan az sayda nüsxə də yəqin ki bir şəkildə öz oxucusu ilə görüşəcək..”

 

Bastainfo.com

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: