“Azərbaycanda 150-dən çox siyasi məhbus var”

“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının koordinatoru, hüquq müdafiəçisi Oqtay Gülalıyev ABŞ səfirliyinin siyasi işlər üzrə müşaviri Uilyam Solleylə görüşüb. Bu barədə  Turan-a O.Gülalıyev özü bildirib.

Onun sözlərinə görə, görüşdə insan hüquqlarının vəziyyəti, siyasi məhbus problemi və digər məsələlər müzakirə olunub: “Ölkədə insan haqları kütləvi şəkildə pozulur. Təkcə   26 sentyabrında keçirilən referendum öncəsi 200 nəfərdən çox şəxs polis tərəfindən saxlanılıb, inzibatı həbs cəzasına məruz qalıb”, – o  bildirib.

Koordinator hazırda ölkə həbsxanalarında 150- dən çox siyasi məhbusun olduğunu deyib və siyasi məhbuslar içində dindar kəsimini təmsil edən məhbusların çox olmasını ABŞ diplomatının nəzərinə çatdırıb.

Hüquq müdafiəçisi bu xüsusda 2015-ci il noyabrın 26-da Nardarandakı həbslərlə bağlı deyib:

“Keçən il  noyabrın 26-da Nardaranda həbs olunan şəxslər başda Hacı Taleh Bağırzadə və AXCP sədrinin müavini Fuad Qəhrəmanlı olmaqla dövlət əleyhinə hər hansı qanunazidd hərəkət etməyiblər. Əksinə, dövlətin adından və gücündən istifadə edənlər dinc, günahsız insanları həbs edib onlara ağır işgəncələr veriblər”. O. Gülalıyev deyib ki, təmsil etdiyi təşkilat “Nardaran işi” ilə bağlı həbs olunan bütün şəxslərin gunahsız olduğu qənaətindədir və onların hamısını siyasi məhbus hesab edir.

O. Gülalıyev adları siyasi məhbus siyahısında olmayan, həbsində siyasi motivlər olan bir çox şəxslərlə bağlı hazırda araşdırmaların aparıldığını söyləyib. Hüquq müdafiəçisi fəaliyyətinə xitam verilmiş keçmiş Milli Təhlükəsizlik Nazirliyi tərəfindən son 10 ildə həyata keçirilmiş qanunsuz həbslər barədə danışıb.

O.Gülalıyev 2012- ci ildə Cinayət Məcəlləsinin 220.2- ci maddəsi ilə öz barəsində açılan absurd cinayət işinə bu günə qədər xitam verilmədiyi, pasportla təmin olunmadığı, ölkədən çıxışına qadağa qoyulduğu barədə diplomatı məlumatlandırıb.

Bastainfo.com



This post has been seen 74 times.

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: