Müsavat Nekroloq yaydı

Müsavat Partiyasının Mətbuat Xidmətindən “Basta” ya Müsavat Partiyasının  üzvü, Azərbaycanın tanınmış ziyalılarından biri, texnika elmləri doktoru, professor Əhəd Musa oğlu İbrahimovun vəfatı ilə bağlı nekroloq daxil olub.

Sənəddə deyilir:

Azərbaycan ictimaiyyətinə və Müsavat Partiyasına ağır itki üz verib.

Azərbaycanın tanınmış ziyalılarından biri, Müsavat Partiyasının üzvü, texnika elmləri doktoru, professor Əhəd Musa oğlu İbrahimov 92 yaşında vəfat edib.

Əhəd İbrahimov 1924-cü il oktyabrın 27-də qədim Şuşa şəhərində anadan olub. Şuşada müxtəlif işlərdə çalışıb.

Əhəd İbrahimov tanınmış alim idi.

O, dəniz estakadalarının möhkəmləndirilməsi texnologiyası sahəsində namizədlik və doktorluq dissertasiyaları müdafiə edib. Uzun illər Azərbaycan Neft və Sənaye İnstitutunda çalışıb.

Əhəd müəllim dəyərli elm adamı, pedaqoq kimi səmərəli fəaliyyət göstərib, neft sənayesi üçün yüzlərlə kadr yetişdirib, dəyərli dərsliklərin, monoqrafiyaların, yüzdən çox elmi məqalənin müəllifidir.

Əhəd İbrahimov Müsavat Partiyasının üzvü kimi partiyanın güclənməsində və müsavatçılıq ideologiyasının yayılmasında da böyük rolu olub.

Əhəd İbrahimovun əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.

Allah rəhmət eləsin.

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: