Dalay-lama Trampı ələ salıb, islam dininə dəyər verib – VİDEO

İngiltərənin “Good Morning Britain” (Sabahın xeyir, Britaniya) səhər proqramına dəvət olunan Dalay-lama maraqlı müsahibəsi ilə yadda qalıb.

Gözlənilməz halda ABŞ dövlət başçısı postuna namizəd D. Trampı təqlid edib. O, bunu aparıcı Pirs Morqanın “Nə vaxtsa Trampla qarşılaşmısınızmı?” sualını cavablandırarkən edib:

“Bilmirəm, hərdən ona baxırsan, saçları da belə durub(əlləri ilə Trampın saç düzümünü təsvir edir). Ağzı da o qədər balacadır ki(Trampın azca qabarıq və yumru dodaqlarını təsvir edərək ou təqlid edir). Bu mənim təəsüratımdır.” – Dalay-lama deyib.

 

Pirs həçinin Tramp prezident olacağı halda ağ evə səfər edib-etməyəcəyi ilə maraqlanıb. Dalay-lama dəvət alacağı həlda gedəcəyini bildirib.

İslam və İŞİD-i müzakirə edərkən də Dalay-lama çox maraqlı açıqlamalarla yadda qalıb.

“Əsl müsəlman qan tökülməsinə rəvac verməz”, – Dalay-lama bəyan edib və əlavə edib ki, İŞİD tərəfdarları tutduqları yoldan geri çəkilməlidirlər.

bastainfo.com

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: