Fəthullah Gülənin qardaşı həbs olunub

Türkiyədə Fəthullah Gülənin qardaşı Kutbəttin Gülən həbs olunub.

Onu İzmir şəhərində terrorla mübarizə şöbəsinin əməkdaşları həbs edib.

Kutbettin Gülenin FETÖ-ya (Fethullahçı Terror Təşkilatı) dəstək açıqlamalarına görə həbs olunduğu bildirilir.

O, bir müddət əvvəl Türkiyədən getsə də, sonrada qayıtmışdı.

Türkiyə hökuməti Fethullah Güleni iyulun 15-də baş vermiş dövlət çevrilişinə cəhdin təşkilatçısı sayır. Gülen bu ittihamı qəbul etmir.

Türkiyədə baş vermiş dövlət çevrilişinə cəhd zamanı 300-ə yaxın adam həlak olmuşdu. Onlardan 240-dan artığı dinc sakinlər idi. Çevrilişə cəhddən sonra Türkiyədə kütləvi həbslər başlayıb. Həbslər hələ davam edir.(azadliq.org)

 

 

Bastainfo.com

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: