Arif Hacılı: “Vatikan liderinin o zamankı rəzil durumunu xatırladım….”

“Referendumdan dərhal sonra Azərbaycana gətirilən Roma Papası dünən hakim ailə üzvlərinə hədiyyələr paylayarkən Vatikan liderinin o zamankı rəzil durumunu xatırladım.”

Azərbaycana səyahət edən Roma Papasının ölkədəki siyasi məhbus problemindən, söz azadlığından danışmaqdansa,  prezident ailəsi ilə hədiyələşmə mərasimindən, ancaq tolerantlıqdan danışmaqla bitən görüşünü şərh edən Müsavat başqanı Arif Hacılı öz facebook səhifəsində belə yazıb:

“Napaleon Roma Papasını onun başına imperator tacını qoymaq üçün gətirtmişdi.

Düzdü sonda bunu Papaya layiq görmədi, tacı onun əlindən alıb özü öz başına qoydu.

Papanı həbs etdirib xeyli illər həbsxanada saxladı.

Referendumdan dərhal sonra Azərbaycana gətirilən Roma Papası dünən hakim ailə üzvlərinə hədiyyələr paylayarkən Vatikan liderinin o zamankı rəzil durumunu xatırladım.”

Bastainfo.com

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: