Papa Bakıda insan haqları pozuntularına toxunmadı

Roma Papası Bakıda insan haqlarının pozulmasından deyil, tolerantlıqdan danışdı.«The New York Times» qəzetinin Roma Papası Francis-in Qafqaz səfəri haqda yazısı belə adlanır. Qəzet yazır ki, Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyxülislam Allahşükür Paşazadə ilə görüşündə Papa Azərbaycanı dini tolerantlıq məskəni kimi tərifləyib. Regiondakı münaqişələrə işarə edən Papa keçmişin ağır nəticələrinə və bugünkü gərginliyə üstün gəlməkdən ötrü dini liderləri fəal olmağa çağırıb.

«TƏƏCCÜBLÜ DEYİL, AMMA DİQQƏT ÇƏKİR»

Amma Azərbaycanda insan haqlarıyla bağlı gərginliyə Papa toxunmayıb. «The New York Times» beynəlxalq qurumların Azərbaycan hökumətini jurnalistlərin, siyasi dissidentlərin həbsi, təqibi, vətəndaş cəmiyyətləri qruplarının, hüquq müdafiəçilərinin susdurulmasıyla bağlı sərt addımlarına görə qınadığını yada salır. Qəzet qeyd edir ki, Papa Francis həmişə səfərləri zamanı hökumətləri birbaşa tənqiddən qaçır. Ona görə də onun Azərbaycanda insan haqlarından danışmaması «təəccüblü deyil, amma diqqəti çəkir».

«The Voice of America» radiosu Katolik kilsəsinin Azərbaycan hökuməti ilə münasibətlərinin yaxşı olduğunu vurğulayır.

SÜLH MESAJLARI

Papa Francis Bakıda həm də sülhə çağırış mesajları ilə diqqəti çəkib. Yayda Ermənistana səfəri zamanı Papa Azərbaycan liderləriylə Qarabağ məsələsi, sülhə nail olmağın yolları barədə danışacağını vəd etmişdi, «kiçik ərazilərə görə sülhə gəlməmək qəddarlıqdır» demişdi, – azadliq.org yazıb.

 Bastainfo.com



This post has been seen 4 times.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: