Ermənistanın müdafiə naziri işdən çıxarıldı

Ermənistanda bu gün yeni müdafiə naziri təyin olunub.

Prezident aparatının rəhbəri Vigen Sərkisyan müdafiə naziri postunda Seyran Ohanyanı əvəzləyib. Prezident Serj Sərkisyanın digər sərəncamı ilə xarici işlər nazirinin səlahiyyətlərini icra edən Edvard Nalbəndyan yenidən bu vəzifəyə təsdiq olunub, – Virtualaz.org xəbər verir.

Erməni politoloq Sergey Minasyanın fikrincə Nalbəndyanın yenidən xarici işlər naziri təyin olunması onun sovet diplomatiya məktəbinin yetirməsi olmasından irəli gəlir. “Doğrudur, sovet diplomatiya məktəbinin öz nöqsanları var, ancaq Nalbəndyan danışıqlarda azərbaycanlı və türk həmkarları üçün çətin rəqibdir”-o deyib.

Minasyan bildirib ki, onun məlumatına görə silahlı qüvvələrin Baş qərargah rəisi Yuri Xaçaturov da vəzifədən azad ediləcək, milli təhlükəsizlik şurasının katibi təyin olunacaq. Onun yerini isə müdafiə nazirinin maddi-texniki təchizat üzrə müavini, Dağlıq Qarabağın keçmiş “müdafiə naziri” Movses Akopyan tutacaq.

Bastainfo.com



This post has been seen 26 times.

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: