ABŞ Rusiya ilə infotmasiya mübadiləsini dayandırması barədə bəyanat yayıb

ABŞ Rusiya ilə Suriyada atılan addımlara dair informasiya mübadiləsini dayandırması barədə bəyanat yayıb. Reuters bildirir ki, bu barədə Dövlət Departamentinin sözcüsü Con Kirbi məlumat verib.

O, qeyd edib ki, bu qərarı qəbul etmək rəsmi Vaşinqtona asan başa gəlməyib.

Əvvəllər də Dövlət Departamenti bildirirdi ki, əgər Rusiya Hələbə hücum əməliyyatlarının dayandırılması üçün addım atmasa və atəşkəs elan etməsə, onunla Suriya işində əməkdaşlıq dayandırıla bilər.Dövlət katibi Con Kerri bu mövzuda RF Xarici İşlər Naziri Serqey Lavrovla telefon vasitəsi ilə danışıb. Lavrov da bu məsələ ilə bağlı rəsmi Moskvanın narahatlığını qeyd edərək hakimiyyət əlehinə olan birləşmələrin atəşkəs rejiminə əməl etmədiklərini də dilə gətirib.

Ötən cümə Dövlət Departamentinin nümayəndəsi Mark Toner Vaşinqtonda Suriyadakı hərəkətlərinə görə Rusiyaya qarşı sankiyaların tətbiq olunması müzakirə olunur. “Hələ ki bu barədə konkret bir söz deyə bilmərəm”, – o deyib.

Qeyd edək ki, sentyabrın əvvəllərində Rusiya və ABŞ Suriya üzrə razılaşma paketi imzalamışdılar. Sənəd atəşkəsin təmin edilməsini nəzərdə tuturdu. Əsas vəzifə kimi terrorçular və mötədil Suriya müxalifəti arasında ərazilərin sərhədlərinin müəyyən, müxalifət qruplaşmalarının “Cəbhat-ən-Nüsradan” fərqlənməsini təmin etməkdir.

Xatırladırıq ki, ötən ayın sonunda Hələbdə vəziyyət gərginləşdi. Şəhərin yaxınlığında sentyabrın 19-da BMT-nin humanitar karvanı və Qırmızı ayparanın ofisi atəşə tutuldu. Azı 20 adam həlak olmuşdur. “Suriyanın yerli koordinasiya komitəsi” təşkilatı bu hücumlarda Rusiya və Suriya aviasiyasını günahlandırır. Rus rəsmiləri isə bu əməliyyatda iştirak etdiklərini inkar edirlər.

Azər İsmayıl, bastainfo.com



This post has been seen 63 times.

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: