Tehran İsrail və ABŞ-ın qarşısının alınmasında Bakıya öz təcrübəsini təklif edir

Bakıda səfərdə olan İranın daxili işlər naziri Abdulreza Fəzli bazar ertəsi Azərbaycanın Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Mədət Quliyev və Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev ilə görüşüb.

E.Quliyevlə görüş zamanı tərəflər regional təhlükəsizlik və təcrübə mübadiləsi məsələlərini müzakirə ediblər.

A.Fəzli İsrail və ABŞ-ı regionda ekstremizmə sövq etməkdə ittiham edib və Azərbaycanda təhlükəsizliyin təminatı üçün bunun qarşısının alınmasında öz təcrübəsini bölüşməyə hazır olduğunu bildirib, – “Turan” İRNA agentliyinə istinadən məlumat yayıb.

Öz növbəsində M.Quliyev bu yaxınlarda İrana səfərini “qənaətbəxş” adlandırıb və Azərbaycana göstərdiyi dəstəyə görə İrana təşəkkürünü bildirib. O qeyd edib ki, regional münaqişələr xarici müdaxilə nəticəsində yaranıb.

İranlı nazir E.Quliyev ilə görüşündə iki ölkənin sərhəd xidmətləri arasında əməkdaşlığı genişləndirməyə çağırıb.

Bastainfo.com



This post has been seen 53 times.

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: