Avstraliya-Azərbaycan dostluq qrupunun sədri kimdir?

Xarici İşlər Nazirliyi saxtakarlıqda ittiham olundu.

Bir neçə gün əvvəl Xarici İşlər Nazirliyinin mətbuat xidməti tərəfindən nazir müavini Xələf Xələfovun Avstraliya-Azərbaycan dostluq qrupunun sədri kimi qələmə verilən senator Kristof Con adlı şəxslə görüşməsi haqqında məlumat yayılmışdı.

Lakin araşdırmalar nəticəsində məlum olub ki, Avstraliya parlamentinin nə yuxarı palatası olan Senatın, nə də aşağı palatası Təmsilçilər Məclisinin ümumiyyətlə Kristof Con adında üzv var.

Avstraliyadakı səfirliyin keçmiş əməkdaşının “Basta”ya verdiyi məlumatda bildirilir ki, Azərbaycan – Avstraliya parlament dostluq qrupunun sədri Lyuk Simpkinsin son seçkilərdə məğlub olaraq Avstraliya parlamentində yerini itirdikdən sonra bu qurum faktiki olaraq dağılıb.

“Azərbaycanın Avstraliyadakı səfiri Rövşən Cəmşidovun və səfirliyin mühasibi A.Xasıyevin adlarınını hallandığı korrupsiya, qanunsuz içki və siqaret biznesi qalmaqalından sonra Avstraliya parlamentinin üzvləri Azərbaycan səfirliyi ilə təmasdan ehtiyat edirlər. Beləliklə səfirin və mühasibin rüsvayçı əməllərinin müqabilində Azərbaycan tərəfinin heç bir tədbir görməməsinin nəticəsində iki ölkə arasında əlaqələrin əhəmiyyətli şəkildə zədələndiyi ortadadır”, – mənbə bildirir.

“Mətbuatda gedən məlumatlarda hətta Avstraliya XİN də təsdiq edir ki, bu iki şəxsin əməlləri Avstraliya rəsmilərinin Azərbaycan tərəfi ilə müzakirələrinin əsas mövzularından birinə çevrilib. Xarici əlaqələrdə əsas məsul dövlət qurumu sayılan xarici işlər nazirliyi isə belə vəziyyət qarşısında saxtakarlıq edərək kimliyi hələ də bilinməyən Kristof Con adlı şəxsi senator, Azərbaycan – Avstraliya parlament dostluq qrupunun sədri kimi elan edir, – mənbə bildirib.

Xarici İşlər Nazirliyinin bununla bağlı mövqeyini dərc edəcəyik.

Könül Alı, Bastainfo.com

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: