Ağdam köçkünü: “Heç olmasa evimin üstünü düzəltsinlər”

Ağdamın Quzanlı qəsəbəsində yaşayan məcburi köçkün İbad Məmmədov ötən həftə yaşadığı evdən çıxarılıb. Onu ailəsi ilə birlikdə tövlə kimi bir yerə köçürüblər. İbad Məmmədov yerli icra hakimiyyəti rəhbərliyindən xahiş edib ki, heç olmasa onun köçürüldüyü daxmanın üstünü örtsünlər. Amma buna məhəl qoyan olmadığından, şikayətçi redaksiyamıza üz tütub.

“Mən son iki ildə İmanqulubəyli qəsəbəsində məcburi köçkünlər üçün tikilən evlərdən birində yaşamışam. Bu, başqa bir köçkünə verilən ev idi. Bizi sentyabrın 30-da məcburi qaydada evdən çıxarıb tövlə kimi bir yerə köçürüblər. Ailəm, iki məktəbli uşağım var. Əlil statusu ala bilməsəm də, Ağdam uğrunda gedən döyüşlərdə iştirak etmişəm, yaralanmışam. Amma icra hakimiyyəti evlə bağlı müraciətlərimə məhəl qoymur. Biz bu şəkillərdə gördüyünüz evə köçürüldüyümüz günlərdə yağış yağırdı. Evin içi su ilə dolmuşdu, divarları dağılıb. Xahiş etdim ki, heç olmasa evin damını düzəltsinlər. Amma düzəltmədilər”, – İbad Məmmədov deyir.

Şikayətçi indiyədək evlə təmin olunmamasının səbəbini ayrı-seçkilikdə görür.

“Mən dəfələrlə Dövlət Qaçqınlar Komitəsinin sədri Əli Həsənova, Ağdamın icra başçısı Raqub Orucova müraciət etmişəm. İmanqulubəyli qəsəbəsində evlər tikilib paylananda da mənə vermədilər. İcra başçısı deyir ki, bu evlər ancaq Dördyol adlanan ərazidə məskunlaşan köçkünlər üçün nəzərdə tutulub. Amma sübutlarla deyə bilərəm ki, burada hətta əvvəllər Sumqayıtda məskunlaşan bəzi köçkünlərə də ev veriblər”, – İbad Məmmədov deyir.

İbad Məmmədov bildirir ki, sözügedən qəsəbədə yeni tikilmiş evlərin bir hissəsinin boş olsa da, onun ehtiyacını ödəyən yoxdur.

“Onlarla boş ev var qəsəbədə. Boşdursa, deməli, bu evi ehtiyacı olmayan adama veriblər də. Bəzi evlər hətta satışa çıxarılıb. Qiyməti 8-10 min manatdır. Mənim bu qədər pul verib ev almağa imkanım yoxdur, aidiyyatı olan orqanlar isə kömək eləmir”.

İbad Məmmədov

“Ev”də İlham Əliyevin portretinin saxlanması da şikayətçinin karına gəlməyib.

Bu isə satışa çıxarılan evlərdir

Bastainfo.com



This post has been seen 17 times.

2 thoughts on “Ağdam köçkünü: “Heç olmasa evimin üstünü düzəltsinlər”

  • 01.12.2016 at 21:52
    Permalink

    An outstanding share! I’ve just forwarded this onto a co-worker who had been conducting a little research on this. And he actually ordered me dinner simply because I discovered it for him… lol. So let me reword this…. Thanks for the meal!! But yeah, thanks for spending the time to discuss this matter here on your web site.|

    Reply
  • 06.12.2016 at 11:16
    Permalink

    I’m curious to find out what blog system you happen to be using? I’m having some small security issues with my latest site and I’d like to find something more secure. Do you have any suggestions?|

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: