Qaranlıqda addımlar – Avtoritarizm necə demokratiya olur? I hissə [Nəzəriyyə]

 SERGEY PROSTAKOV

Heç bir demokratiya təkcə seçkilərin nəticəsində yaranmır. O hər zaman elitanın və vətəndaş cəmiyyətinin uzunmüddətli və birgə səyləri nəticəsində ortaya çıxır. 

Avtoritarizm necə demokratiya olur: nəzəriyyə

Amerikalı politoloq Samuel Hantinqton özünün geopolitik “Sivilizasiyaların toquşması” traktatını 1992-ci ilin yanvarında Rusiyada şahidi olduğu bir hadisəni danışmaqla başlayır:

“O günə iki həftə qala Sovetlər ittifaqı mövcudluğuna son verdi və Rusiya Federasiyası müstəqil dövlət oldu. Nəticədə Leninin abidəsi auditoriyanın səhnəsindən itdi,  yerində isə Rusiya bayrağı peyda oldu. Amerikalılardan birinin qeyd etdiyi kimi, yeganə problem bayrağın tərs asılması idi. Bu barədə elə tənəffüsdəcə ilk iradın çatdırılması ilə səhv tez və sakitcə düzəldildi”.

Bu səhnədə Hantinqton təsadüfi olaraq iştirak etmirdi. Ondan bir il əvvəl müəllifin popular “Üçüncü dalğa. XX əsrin sonunda demokratikləşmə” kitabı çap olunmuşdu.  Bu kitabda politoloq Mərkəzi Avropada kommunizmin dağılmasını və demokratik rejimlərin qurulmasını alqışlayırdı. Və o, Sovetlər Birliyi dağılandan iki həftə sonra avtokratiyaları demokratiyaya çevirən baş mütəxəssis statusunda Moskvaya gəldi.

Yəqin ki, çoxları o konfransda 1984 Ourell ilində Hantinqtonun “Daha çox ölkələr demokratik olacaqmı?” məqaləsini çap etdirdiyini bilmirdi. Dünya həbçiləri və təkpartiyalı rejimlər heç zaman olmadığı kimi dayanıqlı görünürdülər. Cənubi Avropadakı gənc demokratiyalar isə hər dəfə yox ola bilmək riski ilə ilk addımlarını atırdılar. Hantinqtonun qənaətə gəldiyi nəticələr məyusedici idi.

Bir neçə il keçdikdən sonun onun həmkarı Frensis Fukuyama “hekəyənin sonunu” elan etdi. Onun fikrincə dünyadakı bütün ölkələr yaxın zamanda “liberal-demokratiya” olmalı idilər.

Lakin hekayənin sonu gəlmədi. Buna baxmayaraq, Hantinqtonun fikirlərindən gəlinən nəticələr dəyişmir: “əgər bu gün demokratiyanın qurulması mümkünsüz görünürsə, sabah vətəndaş cəmiyyətini qurmaq və namizəd seçməyə daha az vaxt qalacaq”.

Demokratikləşmə – demokratiyaya nail olma prosesidir

Bir çoxları məhz demokratikləşməni son iki yüzilliyin siyasi trendi hesab edir. Onun haqqında minlərlə kitab, məqalə, dissertasiya yazılıb.

Lakin demokratiyadan danışmazdan əvvəl, onun nə olduğu və insanların niyə ona can atdığı ilə bağlı suallarına cavab vermək lazımdır.

Hərfi mənada, qədim yunancadan tərcümədə demokratiya, xalq idarəetməsi deməkdir. Müasir dünyada demokratiya dedikdə isə, vətəndaşların hakimiyyətə, siyasi liderlərin dəyişməsinə təsir imkanları nəzərdə tutulur. Vətəndaşların siyasətdə iştirakı demokratiyanın başlanğıcı olan toxunulmaz və qorunan insan hüquqları ilə təmin edilir.

Başqa sözlə, demokratiya – açıq siyasi rəqabətdir.

Bir çox cəmiyyətlərin demokratiyaya can atması onun effektivliyi və dayanıqlı inkşafı ilə əlaqədardır. Filosof İmannuel Kant deyirdi ki, demokratiyalar öz aralarında müharibə edir. Mülkiyyət və sahibkarlıq hüquqları qanunla təmin edilir. Maraq qrupları və siyasi partiyalar bir çox leqal üsullarla hakimiyyət uğrunda mübarizə aparmaq və ya ona təsir etmək imkanına sahib olurlar.

Avtoritar rejimlərdə isə nə zəmanət, nə də hüquq vardır. Onlar həmişə diktatorun və ya tək partiyanın siyasi iradəsindən asılıdırlar. Əgər onlar “ərimə” istəyirlərsə, o da olacaq. Əgər qaykaları çevirmək lazımdırsa, onlar bunu xüsusi həvəslə edəcəklər. Hakimiyyətin loyallığı şəxsin və qrupun təhlükəsizliyinin əsas mənbəyi olur.

XIX əsrin sonlarından dünyada demokratik rejimlərin sayı artmaqdadır. Proses qeyri-bərabərdir və fərqli regionlarda müxtəlif olur.  ABŞ artıq 250 ildir ki, bir siyasi sistem çərçivəsindədir. Avropanın bəzi demokratik rejimlərin yaşı isə bir neçə on ildir. Rusiya bir neçə dəfə demokratikləşməyə cəhd etsə də hər dəfə yenidən avtoritarizmə dönür. Səudiyyə Ərəbistanında isə demokratikləşmə üçün ümumiyyətlə heç bir cəhd olmayıb.

Demokratikləşmədəki çətinlikləri anlaşılan hala gətirmək üçün Hantinqton demokratikləşmənin üç dalğası konsepsiyasını yaratmışdır.

 

Demoktarikləşmənin birinci dalğası:
1776–1926-cı illər

Birinci dalğa ABŞ-da müstəqillik müharibəsinin (1776-1789)  ardından başlayır və Fransa İnqilabına (1789-1794) qədər davam edir.

revolution1848

Bu hadisələr siyasətdə qanun, bərabərlik və şəxsi mülkiyyət kimi məsələləri ön plana çıxardı. Dalğa ən böyük zərbəni orta əsrlərin qalıqlarına -cəmiyyətin sosial sinifləndirilməsinə və irsi ötürülən müddətsiz monarxların hakimiyyətinə vurdu. Dalğanın piki Birinci Dünya müharibəsinin sonu, 1918-1920-ci illərdə xəritədən imperiyaların (Alman, Avstriya-Macar, Rus və Osmalı) silindiyi, yeni formalaşan dövlətlərin isə özünü demokratik ölkə elan etdiyi zaman hesab oluna bilər.

Geri çəkilmənin birinci dalğası:
1922–1942-ci illər

Birinci dalğa dünya müharibəsinin nəticələri olan dərin siyasi, iqtisadi ən əsası mənəvi böhrana çırpıldı. Bu konflikt prosesə, demokratik institutların qlobal xarakterli ayrılmaz hissəsinə inamı məhv etmişdir. Böhran “köhnə” və yeni müstəqil dövlətlərin əhalisində xəyal qırıqlığına gətirib çıxardı. Kütlələrin loyallığına və güc tətbiqinə əsaslanan avtoritarizm yayılmağa başladı. Rəqabətli seçimlər keçmiş elan edildi.  Alman nasizmi, sovet bolşevizmi, italyan faşizmi, Macarıstan və Polşadakı diktatura – əhalinin xəyal qırıqlığının müxtəlif formaları idi. İkinci Dünya müharibəsindəki geriçəkilmə Birincidən də böyük və genişmiqyaslı oldu.

Demokratizasiyanın ikinci dalğası
1943-1962-ci illər

Uzun sürən Avpopa münaqişəsinin sonu olan, nasizmin və faşizmin dağılması demokratikləşmənin ikinci dalğasının əsasını qoydu. Avropanın köhnə demokratik dövlətləri, Böyük Britaniya və Fransa kimi ölkələr müharibədən daha da möhkəmlənmiş halda çıxdılar. Lakin onların iqtisadi gücü sarsılmışdı. Nəhəng dəniz imperiyaları olan bu ölkələr koloniyalarını itirdilər. Bu koloniyaların bir çoxu özündə demokratiyanı elan etmişdi. Lakin elə bu ərəfədə Birləşmiş Millətlər Təşkilatı yarandı. BMT dünyada demokratik insititutların, insan hüquq və azadlıqlarının inkşafına yardım edən və zəmanət verən ilk beynəlxalq təşkilat oldu. SSRİ və bütün sovet blokunda destalinizasiyanın böyük bir hissəsi də bu dalğanın parçası idi.

Geri çəkilmənin ikinci dalğası
1958-1975-ci illər

SSRİ və ABŞ arasındakı soyuq müharibə demokratikləşməyə əngəl idi. Hər iki tərəfin güclü tərəfdaşlara ehtiyacı vardı. Asiya, Afrika və Latın Amerikasının gənc və dayanıqsız demokratiyaları isə tələblərə cavab vermirdi. Hər iki hegemon ölkə özünün təsiri altındakı ölkələrdə avtoritar dövlət çevrilişlərinə şərait yaradır və dəstəkləyirdilər. Sovet İttifaqı Afrikadakı diktatorları silahla təmin edir, Amerika isə Latın Amerikasında hərbi xunta rəhbərləri üçün məsləhətçi və iqtisadi dəstəkçi kimi çıxış edirdi.

 

Demokratikləşmənin üçüncü dalğası
1974- …

Daha Soyuq müharibə bitmədən Avropada diktaturalar dağılmağa başladı. Hər şey 1970-ci ilin ortalarında Cənubi Avropada başladı, bir-birinin ardınca Portuqaliya, İspaniya və Yunanıstanda dəyişikliklər oldu. “Məxməri inqilablar” seriyası və SSRİ-nin dağılması yeni demokratik sistemlərin qurulmasına təkan verdi. Latın Amerikasında son hərbi diktaturalar dağılır, Cənubi Afrikada “aparteid” rejimin sonu yaxınlaşırdı.

ispaniya

Üçüncü dalğanın nəticələri hər bir ölkə üçün fərqli oldu. Çexoslavakiya sakit şəkildə çoxpartiyalı sistemə keçdi, bir güllə belə atılmadan Çexiya və Slovakiya ayrıldı. Etnik təmizləmələr və NATO bombardmanları ilə müşaiyət olunan Yuqoslaviyanın dağılması on ildən çox zaman aldı. Sovet İttifaqı ölkələrindən bəziləri Avropa İttifaqına üzv olmağa imkan tapdı (Estoniya, Latviya, Litva), digərləri inkişaf göstəricilərini yaxşılaşdırdı (Özbəkistan, Tacikistan, Türkmənistan). Ümumilikdə isə üçüncü dalğanın nəticəsi (üçüncü dalğanın bitdiyi mübahisəlidir) rəqəmlərlə daha yaxşı xarakterizə olunur: 1985-ci ildə dünyada cəmi 44 demokratik ölkə var idisə, 2005-ci ildə onların sayı artıq 93 idi.

Üçüncü dalğa demokratikləşmə prosesini öyrənən politoloqlara xeyli empirik material vemişdir. Bir çox araşdırmalardan gəlinən nəticə aksioma kimi səslənir: “demokratiya – normaniv ideal deyil, balansı qoruma, yetkin davranış, kompramisə getməyə hazır olmanın göstərilməli olduğu davamlı siyasi və sosial təcrübədir”.

Avropa, Latın Amerikası ölkələrinin təcrübəsi əsasında rusiyalı politoloq Andrey Melvil avtoritarizmdən demokratiyaya keçid sxemini hazırlamışdır.

 

Demokratikləşmə. Müəllif: Andrey Melvil

Birinci addım.  Aşağıların istəyi və şərait imkan verirsə, elita heç bir zaman demokratik inkşafa qarşı çıxmayacaqdır. İslahatlar yolunu seçmiş lider hər zaman elitanın liberal və konservativ hissələri arasındakı balansı qorumalıdır.  Onun üçün əsas məsələ bu iki qrup arasındakı kompramisə gedə biləcəyi nüansları tapmaqdır. Bunun üçün azad ictimai diskusiya başladılır.

İkinci addım. Pakt – bu elita və demoktarikləşmənin fərqli qrupları arasındakı razılıq və siyasi qərarların birgə qəbuluna icazədir. Üçüncü dalğada bir çox demokratik ölkələrinin liderləri ölkənin inkşafının müzakirəsi üçün hərfi mənada danışıqlar masasına oturublar. Məhz bu mərhələdə elita əsl demokratiyanın qurulmasına hazırlığını nümayiş etdirir.

Üçüncü addım. Paktdan sonra demokratikləşmə prosesi başladılır. Qadağan olunmuş partiyalar və ictimai hərəkatların fəaliyyətinə, “bədnam” siyasətçilərin müxtəlif yerlərə olan seçkilərdə namizəd olmasına icazə verilir. Bu vaxt cəmiyyət dəyişikliklərə, yeni ideyaların qəbuluna hazır olduğunu göstərməlidir. Bu mərhələdə əsas qanunla müəyyən edilmiş seçkilərdir. Bu seçkilərin nəticəsində yeni demokratik elita formalaşır və siyasi oyunun qaydaları müəyyən edilir.

Dördüncü addım. Demokratikəmənin üçüncü dalğası ölkələrinin bir çox siyasi islahata aparmaqla yanaşı iqtisadi və sosial sferada da qaçılmaz dəyişiklikləri etməli idilər. İlk islahatçı hökümətlər üçün bu hər kəsin öhdəsindən gələ bilməyəcəyi çağırış idi. Bu halda gənc demokratiyalar xəyal qırıqlığı nəticəsi olan seçkilərlə qarşı-qarşıya qalırdılar ki, bu zaman da hakimiyyətə ilk dəfə demokratik yolla müxalifət keçirdi.

Beşinci addım. Əgər müxalifət elita ilə razılaşdırılmış paktın qorunmasında maraqlı idisə, o zaman bir sonrakı demokratik seçkilər, elə demokratiyanın möhkəmlənməsi demək idi.


“Səbəblər qıfı” 

Politoloqlar, demokratikləşmənin yetərli şərtləri barədə mübahisə edirlər. Dankvart Rastou hesab edirdi ki, demokratikləşmə üçün ilk şərt ölkədə milli birlik, daha doğrusu vətəndaşların öz problemləri, məsələri, və gələcəyi ilə birlikdə vahid cəmiyyətin tərkibi olduğu fikrini qəbul etmiş olmasıdır. Adam Pşevorskiy, öz növbəsində demokratiyanın dayanıqlılığı üçün illik adam başına düşən ÜDM-nin 10,5 min dollar olmasını qeyd edir. Başqa araşdırmacılar, siyasi mədəniyyəti – əhalinin azadlıq və bərabərliyə münasibətini, siyasətdə aktiv iştiraka hazırlığını, dözümlülük dərəcəsini əsas hesab edir.

Bu və digər arqumentlərin müxtəlif misallarla inkar olunduğunu demək lazımdırmı? Cənub və şimala bölünmüş İtaliya, heç nəyə baxmayaraq demokratik institutlarını inkşaf etdirir. Kasıb və sıx məskunlaşmaya sahib Hindistan dünyadakı ən böyük demokratiyadır. On illərlə hərbi xuntalar tərəfindən idarə olunmuş Latın Amerikası ölkələrində seçkilərdə qadınların qalib gəlməsi artıq nadir hal sayılmır.

Demokratikləşməyə təsir edən faktorları inkar etmək olmaz. Onların hər biri özünəməxsus şəkildə demokratiyanın yaranma və inkşafına təsir edir.

Mədəniyyət, iqtisadiyyat, tarix faktorları struktur faktorları hesab olunur və zamanla ciddi dəyişkiliklərə məruz qalırlar. Digər bir faktor qrupu olan prosedura faktorları, birbaşa olaraq elitanın və əhalinin demokratiyaya cəhdindən asılıdır. Bir çox hallarda onlar ön plana çıxaraq, struktur faktorlarının çətinlikləri aradan qaldırmağa kömək edirlər.

İstək və cəmiyyətin inkişafa və demokratik institutları möhkəmləndirməyə hazır olması keçmişin mənfi təcrübələrindən və hazırki sosial-iqtisadi çətinliklərin öhdəsindən gəlməyə imkan yaradır.

Tərcümə: Ulduz Məmmədova

Mənbə Abzas.net

 

Bastainfo.com

 

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: