Taleh Bağırov cərimə kamerasına salınıb

“Müsəlman Birliyi” Hərəkatının həbsdə olan rəhbəri Taleh Bağırov cərimə kamerasına (karser) salınıb. Bu barədə T.Bağırzadə oktyabrın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Nardaran işi” ilə bağlı  keçirilən məhkəmə iclasında bildirib.

Vəkil Yalçın İmanov “Amerikanın səsi”nə bildirib ki, Taleh Bağırov məhkəmədə deyib ki, onu oktyabrın 4-də 5 gün müddətinə cərimə kamerasına salıblar.

“Mənim Məhərrəm ayı ilə bağlı müraciətim mətbuatda dərc edildikdən sonra saxlandığım 1 saylı Bakı İstintaq Təcridxanasında kamerama gəldilər və müraciəti yaymağımın səbəblərini soruşdular. Bundan sonra guya kamerada axtarışa mane olmağım adı ilə 5 gün müddətinə cərimə kamerasına salınmağım barədə  qərar qəbul edilib”, – T.Bağırov məhkəmədə bildirib.

Vəkil T.Bağırova istinadən deyib ki, bu, əslində ilahiyyatçıya qarşı  irəli sürülən ittihamın mahiyyətinə də eyham vurur.

“Taleh Bağırov əvvəldən də bildirirdi ki, siyasi tənqidinə görə həbsə salınıb və Nardaran hadisələrinin əslində kökü də bununla bağlıdır. Bu, bir daha sübut edir ki, Taleh Bağırovun həbsi məhz siyasi hakimiyyəti sərt tənqid etməsi ilə bağlıdır”, – Y.İmanov qeyd edib.

Bu gün “Nardaran işi” üzrə məhkəmə prosesi davam edib. Təqsirləndirilən Abbas Hüseynov prokurora etiraz edib. Məhkəmə bu vəsatəti müşavirədə həll etmək üçün qısa fasilə verib. Prokurorun hakimlərlə birgə müşavirəyə yollanması təqsirləndirilənlər və onların vəkilləri tərəfindən etirazla qarşılanıb.

Bastainfo.com

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: