Tiflisdə “Milli Hərəkat” partiyası liderinin avtomobili partladılıb

Ötən axşam Tiflisdə “Milli Hərəkat” partiyası liderlərindən biri olan Givi Tarqamadzenin avtomobilində partlayış baş verib. APAnın Gürcüstan bürosunun məlumatına görə,  hadisə ilə bağlı Givi Tarqamadze  “Rustavi 2” televiziyasına açıqlama verib. O, avtomobilinin məsafədən idarə olunan qurğu vasitəsi ilə partladıldığını bildirib. Hadisə nəticəsində avtomobilin sürücüsü və iki nəfər xəsarət alıb. Xəsarət alanların vəziyyətinin ağır olduğu bildirilir.

“Mənim avtomobilim qaz ilə işləyir, məlumat yayılıb ki, guya avtomobildə qaz balonu partlayıb. Bu, həqiqət deyil. Avtomobilim uzaqdan idarə edilən partlayıcı qurğu ilə partladılıb”, – deyə G. Tarqamadze qeyd edib.

G. Tarqamadze son günlər ona qarşı telefon zəngləri ilə təhdidlər olubmu sualını cavablandırmaq istəməyib.

Hadisə ilə bağlı cinayət işi qaldırılıb, araşdırma aparılır.

Bastainfo.com

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: