Vəkil: “Fikrət Fərəməzoğlu ailəsinə olan təzyiqdən indi xəbər tutub”

“Məqsəd işgəncələri və həbsin qanunsuzluğu barədə məlumatları ört-basdır etməkdir.”

Fikrət Fərəməzoğlunun vəkili Elçin Sadıqov müvəkkili ilə görüşüb, onun ailəsinə olunan təqib və təzyiqlərdən narahat olduğunu bildirib.

Bu haqda vəkil Elçin Sadıqov öz facebook səhifəsində yazır:

“Bu gün Bakı İstintaq Təcridxanasında saxlanılan jurnalist Fikrət Fəraməzoğlu ilə görüşdüm.

Ailəsinə qarşı Dövlət Miqrasiya Xidmətinin təzyiqindən yeni xəbər tutub çox narahatdır.

Bildirir ki, onu şərləyib həbs edənlər məhz ailəsinə qarşı da bu çirkin əməli edirlər.

Məqsəd işgəncələri və həbsin qanunsuzluğu barədə məlumatları ört-basdır etməkdir.

Bundan əlavə Fikrət Fəraməzoğlunun işgəncəyə məruz qalması faktının araşdırılması ilə bağlı xeyli müddətdir AR Baş Prokurorluğuna müraciət etməyimə baxmayaraq prokurorluq işgəncə faktları ilə bağlı araşdırma başlamayıb və Fikrət Fəraməzoğlunu hələ dindirməyib.”

 

 

Bastainfo.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: