Avropada yaşayan müsavatçilar konfrans keçirəcək

Avropada yaşayan müsavatçı mühacirlər konfrans keçirəcək. Bununla bağlı “Basta”ya daxil olan məlumatda deyilir:

Dəyərli dostlar, Müsavat Partiyası Avropa Koordinasiya Mərkəzi (AKM) 22 oktyabr 2016-cı il tarixində özünün ilk təsis konfransını keçirəcək.

Bu konfransda Avropada yaşayan bütün müsavatçılarin istirakı vacibdir.

Konfrans saat 11:30-dan 15:00-a dək davam edəcək. Yığınacqda təşkilati məsələlərə baxılacaq, mərkəzin gələcək fəaliyyəti ilə bağlı qərarlar qəbul ediləcək.

Konfransdan sonra saat 16:00-dan 20:00-a dək 18 Oktyabr Müstəqillik Günü ilə bağlı rəsmi tədbir keçiriləcək. Tədbir sırasında Müsavat Partiyası Başqanı Arif Hacılının bayram nitqi və Avropada yaşayan soydaşlarımızla görüşü nəzərdə tutulur. Bayram tədbirinə Avropada yaşayan bütün həmvətənlərimiz dəvətlidir.

Ünvan: Ben-Gurion -Ring 110a 60437 Frankfurt am Main, Almaniya.

Əlaqə telefonları:

+49 179 783 56 35 – AKM təşkilat komitəsinin rəhbəri İlham Həsən.

+49 178 3928 811 – Koordinator Əhməd Calaloğlu
E-mail: [email protected]

Bastainfo.com

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: