Daha bir Qarabağ əlili özünü yandırdı

Oktyabrın 6-da Sumqayıt sakini II qrup əlil Cəmil Məmmədov polis idarəsinin qarşısında özünü yandırıb.

Anası Səlimə Məmmədova deyir ki, oğlunun maşınını cərimə meydançasına aparılıb. Bundan sonra cərimələrinin silinməsi üçün ondan yüksək məbləğdə rüşvət istənilib:

“Pul istəyiblər. Oğlum verə bilməyəcəyini deyəndən sonra təhqir ediblər. Özünü yandıranda heç kim köməyə gəlməyib”.

Yaralı 5 saylı şəhər xəstəxanasının yanıq şöbəsində müalicə alır. Həkimlər onun barəsində danışmaq istəmədilər.

Cəmil Məmmədov 2014-cü ildə – hərbi xidməti bitirməsinə 1 həftə qalmış Ermənistanla Azərbaycanın təmas xəttində gedən döyüşlər zamanı sağ ayağını itirib. Ordudan tərxis edildikdən sonra dövlət tərəfindən ona avtomobil verilib. Anasının dediyinə görə onun başında da zədələnmə var..

Bu hadisə və yaralının anasının ittihamları ilə bağlı hələlik Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Sentyabrın 22-də də 1-ci qrup Qarabağ əlili Məğrur Bədəlsoy da özünü Prezident Administrasiyası qarşısında yandırmışdı. O, evinin sökülməsinə etiraz olaraq özünü intihara cəhd etdiyini bildirirdi.

Azadlıq Radiosu

 

Bastainfo.com

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: