İqtisadçı: “Satış həcmi azalacaq…”

“Əhalinin də alıcılıq qabiliyyətinin aşağı düşdüyünü nəzərə alaraq, satış həcmi azalacaq, bu da gəliri aşağı salacaq.” – deyə iqtisadçı Natiq Cəfərli öz facebook səhifəsində yazıb.

“Toyuq ətinin gömrük rüsumlarının artırılmasının nəticələri haqqında bir neçə dəfə yazı yazdım, bir neçə müsahibə verdim, yolun yanlış olduğunu, daxili istehsalçıya heç bir xeyri olmayacağını, son zərbənin istehlakçıya dəyəcəyini, yerli şirkətlərin toyuqdan hazırladığı kolbasa, sosiska və digər yarımfabrikat məhsullarının məhz idxal olunan ətdən istehsal edildiyini dedim – nə fayda, dinləyən, nəticə çıxaran yoxdur ki, yoxdur.

Bu gün yerli istehsalçı olan “Səba” şirkətində 60 nəfər işdən azad edilib, yerdə qalanların maaşları isə 40% azaldılıb – bu da sizə yerli istehsalçıya dəstək addımları, qərardan hələ heç 5 gün keçməyib.

Çox güman, Səba öz xərclərini azaldır, bilir ki, daha xaricdən məhsul alıb, qablaşdırmaq, yarımfabrikatlar və hazır məhsullar istehsal etmək sərfəli olmayacaq, yerli kolbasa və sosiskanın qiyməti qalxacaq. Əhalinin də alıcılıq qabiliyyətinin aşağı düşdüyünü nəzərə alaraq, satış həcmi azalacaq, bu da gəliri aşağı salacaq. Multfilm davam edir ölkədə…”

 

Bastainfo.com



This post has been seen 4 times.

One thought on “İqtisadçı: “Satış həcmi azalacaq…”

  • 01.12.2016 at 22:38
    Permalink

    I blog frequently and I genuinely thank you for your content. The article has really peaked my interest. I will bookmark your website and keep checking for new information about once a week. I subscribed to your Feed too.|

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: