Qaz təhcizatı bu rayonlarda məhdudlaşdırılacaq

Oktyabrın 7-də saat 10:00-dan 18:00-dək SOCAR-ın “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Əhmədli”, Siyəzən magistral qaz kəmərləri sahəsinin “Zarat”, “Çandahar”, “Qara Siyəzən”, “Giləzi kərpic zavodu”, “Hacılar MMC”, “MMZ quşçuluq”, “Beşdam”, Ağdaş magistral qaz kəmərləri sahəsinin “Göyçay-2” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Qafqazinfo”ya görə, təmir müddətində Siyəzən rayonunun Zarat, Çandahar və Qara-Siyəzən kəndlərinə təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Aparılan işlərin Bakının Xətai rayonunun və Göyçay şəhərinin bir hissəsinin təbii qaz təchizatının müvəqqəti dayandırılması da mümkündür.

bastainfo.com

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: