Şimon Peresin Putinlə dialoqundan: “Siz axmaqlığa investisiya qoyursunuz”

Biz, Putinlə çox yaxşı dostlarıq. Mən, bizim bu yaxınlarda baş tutmuş görüşələrimizin birindəki söhbətimizin qısa təfərrüatını sizə təqdim edəcəm.

Mən ona dedim: “Sizin 63 yaşınız var, mənim 93. Deyin, yaxın 30 ildə Siz nəyə nail olmaq istəyirsiniz? Siz, nəyin uğrunda mübarizə aparırsınız? Siz, Amerikanı hövsələdən çıxarmağa ümid edirsiniz?”

O, deyir: “Yox”

“Amerika Rusiyanın bir hissəsini istəyir? Yox. Obamanı axıra kimi başa düşməmək probleminiz var?”

O, deyir: “Siz, nə üçün soruşursunuz?”

Mən dedim: “Qulaq asın, mən casus deyiləm, Siz mənimlə hər şey barədə danışa bilərsiniz”.

O, deyir: “Siz, nə fikirləşirsiniz?”

Və mən dedim: “Sizin nə etməyinizdən asılı olmayaraq, Amerika udacaq”.

“Nə üçün?” – deyə, soruşdu.

“Ona görə ki, onlar xoşbəxtdirlər, Siz isə yox”.
(Gülür…)

Mən ona deməkdə davam etdim: “Amerikalı səhər yuxudan durarkən, nəyi görür? Cənubda Meksikadır və onlar meksikalıları öz ölkələrinə qəbul edirlər. Şimalda Kanadadır və onlar dünyada ən yaxşı dostlardır. Sağda-solda isə suda balıq var. Obama, nəyə görə narahat olmalıdır? Siz – Siz səhər yuxudan ayılırsınız – qonşuluqda kimləri görürsünüz? Yaponiya, Çin, Əfqanıstan. Mənim Allahım! Onlar bilirlər ki, sizin geniş torpaqlarınız var və Siz onlara qəpik də vermirsiniz. Sizin 20 faiz içməli suyunuz var və Siz heç nə vermirsiniz. Odur ki, Sibirdə qar əriyən vaxt, birincisi, Siz orada çinliləri görürsünüz. Çünki şərqdə çinlilər çoxdur, ruslar isə o qədər də çox deyillər. İkincisi, mən ona dedim – Amerikanın torpaqlarının ölçüləri ilə xalqının ölçüləri (ərazi və əhalinin sayı nəzərdə tutulur – red.) arasında yaxşı nisbət mövcuddur. Sizdə isə göstərici pisdir. İyirmi milyon kvadrat kilometr! Mənim Allahım! Amma sizdə o qədər adam yoxdur. Sizin insanlar ölürlər. Alqışlardan və sizə deyilənlərdən məst olmayın. Onlar sizi bağışlamayacaq. Nə üçün ruslar yalnız 62 il yaşayırlar, amerikalılar isə 82 yaşa qədər?”

Və o zaman mən ona dedim: “Siz, özünüzü çar kimi aparırsınız”.

Mən daha sonra dedim: “Çarlar nə etdilər? Onlar vitrin kimi iki şəhər saldılar – Sankt-Peterburq və Moskva. Siz nəyi arzu etsəniz, orada taparsınız. Rusiyanın qalan hissəsi isə qarla örtülmüş Nigeriya kimidir. Sizin insanlar ölürlər. Siz, onlara yaşamaq imkanı vermirsiniz. Siz, düşünürsünüz ki, onlar sizi bağışlayacaq?”

Mən ondan soruşdum: “Amerika nə üçün gözəldir?”

“Çünki amerikalılar bəxş edəndirlər. Nə üçün Avropanın problemləri var? Çünki onlar alandırlar. Amerika verir. İnsanlar fikirləşirlər – bu, ona görə belədir ki, onlar səxavətlidirlər. Mən isə fikirləşirəm ki, bu, ona görə belədir ki, amerikalılar müdrikdirlər. Əgər siz bağışlayırsınızsa, özünüzə dostlar qazanırsınız. Ən faydalı investisiya – dost qazanmaqdır! Amerika özündə qətiyyət tapıb “Marşall planı”nı qəbul elədi – özünün ümumi daxili məhsulunun (ÜDM) böyük parçasını ölməkdə olan Avropaya verdi. Beləliklə, onlar göstərdilər ki, bu, dünyada ən yaxşı investisiyadır. Bax, elə bir Avropa ölkəsi yoxdur ki, imperiya olmamış olsun. Fransızlar, ingilislər, portuqaliyalılar, hamısı. Və nə baş verdi? Onları oradan süpürüb atdılar və onlar heç nəsiz qaldılar. Britaniya – məğribdən məşriqə qədər ən böyük imperiya, bütün okeanlar… və yaxşı hindular onları süpürüb atdı və heç nəsiz qoydu – təkcə 3 xırda adadan başqa ki, onlarla da nə edəcəklərini bilmirlər”.

“Mənə inanın – Putinə dedim – düşmənlər və düşmənçilik həyatda ən böyük itkilərdir.
Siz, axmaqlığa investisiya qoyursunuz…”.

Çevirdi: Mirzə AĞ, Mənbə Abzas.net

Bastainfo.com

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: