C. Kerri: “Rusiyanın Hələbdəki hərbi cinayətləri araşdırılsın”

ABŞ Dövlət katibi Con Kerri bəyan edib ki, Rusiya və Suriyanın Hələb şəhərində dinc sakinlərə qarşı törətdikləri əməllər hərbi cinayətlər baxımından təhqiq olunmalıdır. Bu barədə Associated Press-ə istinadən abcnews xəbər verir. 

 

 O, əlavə edib ki, ötən gecə Suriya qüvvələri xəstəxanaya endirdikləri zərbələr nəticəsində 20 insan həlak olub, yüz nəfər civarında isə yaralanıblar.

Kerri öz bəyanatında bildirib ki, Rusiya dünyaya xəstəxana, uşaq və qadınlara hücum etdiklərinə görə “sadəcə açıqlama borclu deyil”. Onun sözlərinə görə Rusiyanın bu əməli “lazımi hərbi cinayət təhqiqatı tələb edir”.

“Rusiyanın mülki obyektlərə hücumları təsadüfdən çox uzaqdır”, – Kerri deyib.

Kerri, həmçinin, Rusiya və Suriyanı “dinc əhalini terrora məruz qoyma strategiyası” tətbiq etməkdə günahlandırıb.

Qeyd edək ki, Rusiya və ABŞ arasında münasibətlər tərəflərin bir-birlərini Suriya danışıqlarına dair öhdəlikləri yerinə yetirməməkdə günahlandırdıqlarından sonra gərginləşmişdir. Bundan sonra ABŞ bildirmişdir ki, danışıqların dayandırılması haqqında düşünürlər və Rusiya ilə Suriyadakı hərbi əməliyyatlara dair məlumat mübadiləsi aparmaqdan imtina etdilər.

bastanfo.com

 

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: