Müqayis Verdiyev icra başçısı Zakir Fərəcovun tapşırığı ilə həbs olunub?

Bu gün səhər saatlarında tanınmış iş adamı Müqayis Verdiyev həbs olunub. Belə ki, Xalqxeber.Az-a daxil olan məlumata görə iş adamı bu gün yaşadığı Sabunçu rayon ərazisində yerləşən evindən Sumqayıt polis idarəsinin əməkdaşları tərəfindən məcburi qaydada polis maşınına əyləşdirilərək idarəyə gətirilib.
Daxil olan məlumatda bildirilir ki, iş adamının həbsi icra başçısnın xüsusi göstərişi ilə əlaqəlidir.
Çünki Sumqayıt şəhəri ərazisində inşa edilən Bulvar məhz iş adamının işçi qüvvəsi tərəfindən həyata keçirilib.
Bulvar təmamilə hazır olmasına baxmayaraq, icra hakimiyyəti nə iş adamının, nə də fəhlələrin əmək haqqlarını verməyib.İşçilərin əmək haqqlarını icra başçısından tələb edən iş adamı Zakir Fərəcovun qəzəbinə tuş gələrək qanunsuz olaraq həbs olunub.
Hal-hazırda Bulvarda çalışan işçi qüvvəsi polis idarəsinin qarşısında iş adamının azadlığa buraxılmasını tələb edirlər. Bundan başqa qeyd edək ki, iş adamı Müqayis Verdiyev Sumqayıt polis idarəsində dindirilərək izahatı alınır.
Yaxın saatlarda daha geniş məlumat verəcəyik.
Xalqxeber.Az


This post has been seen 206 times.

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: