Niyə İlham Əliyev Putindən Ermənistana “İsgəndər” verilməsi məsələsini soruşmayıb?

Oktyabrın 7-də prezident İlham Əliyevin təşəbbüsü ilə  Rusiya prezidenti Vladimir Putinlə telefon söhbəti olub.

Azərbaycan dövlət başçısının mətbuat xidməti bildirib ki, İ.Əliyev Vladimir Putini doğum günü və Rusiyada keçirilən parlament seçkilərində “Единая Россия” Partiyasının əldə etdiyi qələbə münasibətilə təbrik edib.

Öz növbəsində,  V.Putin sentyabrın 26-da keçirilmiş referendumun nəticələri ilə bağlı İ.Əliyevi təbrik edib, bunu xalqın hakimiyyətin kursunu dəstəkləməsi kimi qiymətləndirib.

Tərəflər iki ölkə arasında əlaqələrin inkişafından məmnunluq ifadə edib və əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə əmin olduqlarını bildiriblər.

Mətbuat xidmətinin məlumatından belə təəssürat yaranır ki, Rusiya prezidentinin niyə Ermənistana pulsuz “İsgəndər” raket sistemi verməsi Azərbaycanın dövlət başçısını maraqlandırmır.

Turan İA

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: