Bu gün Gürcüstanda Parlament seçkiləri keçirilir

Şənbə günü səhər saat 8-dən seçki məntəqələrinə gələnlər 4 il fəaliyyət göstərəcək 150 yerlik parlamentin üzvlərini seçirlər.

Seçkidə 3 milyon yarımdan artıq adam iştirak edə bilər.

Gürcüstan xaricində səsvermə 40 ölkədə təşkil olunub.

BBC-nin məlumatına görə ekspertlər seçkilərin nəticələrini proqnoz etməyə çətinlik çəkirlər. Belə ki, elektoratın əhəmiyyətli hissəsinin siyasi rəğbəti son anadak qeyri-müəyyən qalıb.

Azərbaycanlıların kompakt yaşadığı Kvemo Kartli regionundan olan azərbaycanlı namizədlər də seçki marafonuna qoşulub, səsverməni izləyən jurnalist Seymur Kazımov Marneulidən xəbər verir.

Marneuli
foto: Seymur Kazımov, BBC

Yerli MSK-nın sədri Koba Asanidzenin məlumatına görə, Marneulidə 98 min seçki hüququ olan vətəndaş var. Seçki məntəqələrinin sayı isə 89-dur.

Seçkidəki qayda pozuntuları və əhaliyə təzyiqlərlə bağlı Marneuli MSK-nın katiblyindən verilən məlumata görə, artıq bəzi şikayət ərizələri daxil olmağa başlanıb, amma onların məzmunu barədə dəqiq məlumat yoxdur.

“Hazırda şikayətləri qəbul edirik, onları oxuyub və tanış olduqdan sonra açıqlama veriləcək,” katiblikdən bildirdilər.

Seçkilər yerli vaxtla səhər saat 8-də başlanıb, axşam saat 8-də bitəcək.

bastainfo.com



This post has been seen 390 times.

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: