İqtisadçı: “Əsas əngəl idarəçilik sisteminin köhnə və yararsız olmasıdır”

Natiq Cəfərli

“Əsas problem heç bu saydıqlarım da deyil, əsas əngəl idarəçilik sisteminin köhnə və yararsız olmasıdır.”

Prezident son çıxışnda ölkədə fındıq, badam, pambıq, zeytun sahələrinin inkişafının önənli olduğunu, şərabçılığın inkişaf etdiriləcəyini dedi.

Xub, lap yaxşı, amma:

1) Bu sahələrın ciddi inkışafına (her şey doğru edilsə, buna şübhəm var) 5-7 il lazımdır, bəs bu zaman kəsimində ölkə nə ilə dolanacaq?

2) Bu sahələrdə dünya bazarında ciddi rəqabət var, biz isə son 23 ildə rəqabəti tamam unutmuşuq, çünki satdığımız tək neft olub, onu da ingilis çıxarıb-daşıyıb-satıb, öz payını götürəndən sonra pulunu hökumətə verib, hökumət də xərcləyib. Yəni, idaçilik sistemimiz rəqabət qaydalarına uyğun qurulmayıb.

3) Sadalanan sahələrin hamısında tək dünyada deyil, elə bölgəmizdə də ciddi rəqiblərimiz var. Gürcülər 10 ildir şərabçılığı inkişaf etdirir, hələ indi ilə 250-300 mln. dollarlıq dünyaya şərab sata bilir. Dünyada bu bazar çox sıxdır, məsələn, Çili cəmi 3 avroya Avropaya şərab satır, və ya, İspaniyada mağazalarda 1,5 avroya yerli şərab var, biz bu rəqabətə dözə biləcəyikmi – ciddi və cavabsız sualdır.

4) Fındıq, zeytun və badamda Türkiyə ilə rəqabət apara biləcəyikmi – cavabı yoxdur bu sualın.

5) Pambıqçılığa ümid edirlər, bilərlərmi ki, Özbəkistan ilə 3,5 mln. (!!!) ton pampıq yığır, amma bunun büdcəyə gəliri cəmi 1,2 mlrd. dollardlr.

Əsas problem heç bu saydıqlarım da deyil, əsas əngəl idarəçilik sisteminin köhnə və yararsız olmasıdır.

Dövlət bütün sahələrdə əsas oyunçu olmağa çalışır, səhv və ziyanlı yoldur, nəticədə bu sahələrin inkişafına milyardlarla manat dövlət vəsaiti ayrılacaq, həmin vəsait korrupsiya və yararsız idarəetmə sistemində effektsiz xərclənəcək, ölkəyə heç bir xeyri olmayacaq. Dövlət iqtisadiyyatda əsas oyunçu olmaqdan vaz keçməli, ədalətli və rəqabətli biznes mühiti yaradıb, ancaq düşünülmüş və son məhsulun kəmiyyətinə, keyfiyyətinə hesablanmiş təşviq proqramları təklif etməli, ağıllı vergi-gömrük siyasəti aparmalıdır.

Vəssalam, sivil dünyanın uğur qazandığı yol budur, başqa “öz” yolumuz yoxdur…

 

 

Bastainfo.com

One thought on “İqtisadçı: “Əsas əngəl idarəçilik sisteminin köhnə və yararsız olmasıdır”

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: