Marneulidə dava – xəsarət alanların arasında polislər də var.

Rustavi 2 kanalı 48 saylı seçki məntəqəsinə hücumu şərh edərkən vəziyyətin çox gərgin olduğu bildirilir. Kanalın xüsusi muxbirinin verdiyi məlumata görə hücum edənlər dəyənəklərdən istifadə edir, həmçinin məntəqəni daş-qalaq edirlər.  Polis qüvvələri əraziyə səfərbər edilib.

 

 

Gürcüstanda yaşayan müstəqil jurnalist Əfqan Muxtarlı baş verən hadisəni şərh edərkən bildirib: “Gürcüstanda seçkinin ilk dava xəbəri Marneulidən gəldi. Marneulinin Qızılhacılı kəndində hakim partiyanın namizədi Tamaz Naverianın adamları məntəqəyə hucum ediblər. Bu dəqiqələrdə ciddi dava gedir. Polislər belə xəsarət alıb. Qeyd edim ki, hakim partiyanın namizədi millətcə svandır. Svanlar Marneulidə 2 % olmasına baxmayaraq hər zaman seçkilər saxtalaşdırılıb və svan yerli icra nümayəndəsi və deputat “seçilib”. Görünür indiki hakimiyyət ənənəni pozmaq niyətində deyil.”

Bildirilir ki, hakim partiyanın namizədi Tamaz Naveria Marneuli bazarının sahibidir.

Onun rəqibi, seçkilərin favoriti Əhməd İmamquliyevdir. O, Milli Hərəkat Partiyasının Marneuli təşkilatınin sədridir.

Ə.İmamquliyev Meydan TV-yə bildirib ki, hakim partiya Marneulidə güc tətbiq edərək seçkiləri saxtalaşdırmağa cəhd edir.

Azər İsmayıl, bastainfo.com

 

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: