Marneuliyə xüsusi təyinatlılar gətirildi – VİDEO

Əhməd İmamquliyevin tərəfdarları ayağa qalxdı.

Gürcüstanda olan müstəqil jurnalist Əfqan Muxtarlının məlumatına görə kənddə gərginlik davam edir.
“Marneuli rayonunun Qızılhacılı kəndində vəziyyət gərginləşib. Kəndə xüsisi təyinatlılar gətirilib. Avtomatlarla silahlanmış xüsusi təyinatlılar kəndi nəzarətə götürməyə cəhd edir. Milli Hərəkat Partiyasından namizəd Əhməd İmamquliyev hadisə yerinə gəlib. Ə. İmamquliyevin yüzlərlə tərəfdarı səslərini qorumaq ücün məntəqənin ətrafına toplaşıb”, – Ə. Muxtarlı bildirir.
Rustavi 2 baş verən hadisələri lentə alıb. Məntəqəyə hücum edənlər və Ə. imamquliyevin tərəfdarları polis və xüsusi təyinatlıların səyi ilə qarşıdurmanı dayandırıblar. Komissiya üzvləri seçki məntəqəsindən evakuasiya olunub. Gərginlik səngimək bilmir.
Ə. İmamquliyevin facebook səhifəsində onun tərəfdarlarının yürüş keçidiyi videogörüntüsü yayılıb. Yürüş iştirakçıları “Əhməd”, “Mişa” (M. Saakaşvili nəzərdə tutulur- red.) şüarlarıyla irəliləyirlər.
Hələki saxlanılanlar barədə məlumat yoxdur.
Hadisələri diqqətdə saxlayacayıq.
Xatırladırıq ki, Marneulinin Qızılhacılı kəndində hakim partiyanın namizədi Tamaz Naverianın adamları məntəqəyə hucum ediblər. Seçkilərin favoriti Əhməd İmamquliyevin tərəfdarları az sonra səslərini qorumaq üçün məntəqənin ətrafına toplaşıblar.
Azər İsmayıl, bastainfo.com

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: