“Metyu” prezident seçkilərinin təxirə salınmasına səbəb oldu

Son illərin ən dəhşətli qasırğası  Haiti adasını darmadağın edib.

Yerli hakimiyyətin məlumata görə ölənlərin sayı artıq 877 nəfərdir. Sad əyalətində Metyu qasırğası 30 000 yaşayış evini dağıdıb. Ölənlərin əksəriyyəti balıqçı kəndlərinin sakinləri olublar. Ölümə səbəb kimi, əsasən, ağacların aşması, uçan əşyaların qırıqları və məcrasından çıxan çaylar göstərilir. Əhəmiyyətli bir körpünün dağılması adanın cənub-qərbini digər ərazilərlə əlaqəni kəsib. Qeyri hökumət təşkilatlarının yaydığı məlumata görə insanlar su və ərzaq qıtlığından əziyyət çəkir. İnsanlar ordu və polisin köməyini gözləmədən soydaşlarını uçqunların altından çıxarmağa çalışırlar.

скриншот с видео Metyu 4-cü dərəcəli qasırğa elan olunub, intensivlik dərəcəsinə görə ikinci ən şiddətli qasırğa hesab olunur. Küləyin sürəti 230 km/s-dır.Hal-hazırda təbbi fəlakət ABŞ-ın Florida ştatına yaxınlaşmaqdadır. ABŞ rəsmiləri yerli əhalinin evakuasiyasına tam hazırdır.

Baham adalarında ağacları kökündən qopub, elektrik xətləri sıradan çıxıb. Tələfat haqqında hələ ki rəsmi məlumat yoxdur.

BMT-nin Humanitar Yardım İdarəsinin sözcüsü Murad Vahbanın məlumatına görə artıq 350 000 insanın yardıma ehtiyacı yaranıb.

“Mənim gördüklərim dəhşət idi, – M. Vahba deyir, – Mən ümidvaram ki, bu insanlara yardım etmək üçün bizim vəsaitimiz kifayər edəcək”.

mignews.com saytı yazdığına görə ABŞ Qırmızı Xaç Cəmiyyətinin nümayəndəsi əsas prioritet məsələ elektrik və telefon xətlərinin bərpası olduğunu qeyd edib. Həmçinin o, bildirib ki, əsasən ziyan görmüş ərazilərə su və ərzaq çatdırmaq üçün ABŞ 9 hərbi  helikopter göndərəcək.

Haiti növbəti bazar gününə təyin olunmuş prezident seçkilərini qeyri-müəyyən müddətə təxirə salıb. Xatırladaq ki, bu seçki ötən il keçirilmiş və nəticələri şübhə altına alınmış seçkilərin təkrarıdır.

bastainfo.com

 

 

%d bloqqer bunu bəyənir: