Nardaranda xüsusi əməliyyat-axtarış əməliyyatı keçirilib

“Ölkə vətəndaşlarının hüquq və azadlıqlarının, habelə qanuni mənafelərinin müdafiəsi, əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın, partlayıcı maddə və qurğuların yığılması məqsədilə daxili işlər orqanları tərəfindən Sabunçu rayonu Nardaran qəsəbəsində xüsusi əməliyyat-axtarış tədbirləri həyata keçirilib”.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Meydan TV-nin reporta istinadən yaydığı məlumatda bildirilib ki, DİN-in rəhbər şəxslərinin Nardaran sakinləri ilə görüşü zamanı dəfələrlə evlərdə saxlanılan qanunsuz silah və sursatı könüllü olaraq təhvil verməyi tələb etmələrinə baxmayaraq, ayrı-ayrı qəsəbə sakinlərində odlu silah olması barədə hüquq-mühafizə orqanlarına əməliyyat məlumatları daxil olub.

“Belə ki, Sabunçu Rayon Polis İdarəsi (RPİ) 42-ci Polis Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbə sakini İmran Ağarızayevin evində odlu silah-sursat gizlətməsi müəyyən edilib. Keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində İ.Ağarızayevin həyətində basdırdığı “Kalaşnikov” markalı avtomat, 90 ədəd patron və 2 ədəd avtomat darağı aşkar edilərək götürülüb”,-deyə mətbuat xidməti bildirib.

Eyni zamanda, məlumatda qeyd olunub ki, həyata keçirilən digər əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbə sakini Alim Zəkiyev də saxlanılıb: “Onun qəsəbə ərazisində yeni tikilməkdə olan bağ evinin zirzəmisinə baxış zamanı orada saxladığı “Kalaşnikov” markalı odlu silahdan atəş etmək üçün nəzərdə tutulan 34 ədəd patron və avtomat darağı aşkar edilərək götürülüb”.

bastainfo.com

One thought on “Nardaranda xüsusi əməliyyat-axtarış əməliyyatı keçirilib

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: