Macarıstanın ən böyük müxalifət qəzeti çapını dayandırıb

Macarıstanın ən böyük müxalifət qəzeti qəfildən fəaliyyətini dayandırdığını bəyan edib. Qəzetin rəhbərliyi bu addımı ölkədə demokratiyanın boğulduğu və azad sözə basqı olduğu üçün atdığını bildirir.

Müxalif sosialistlər bunu “mətbuatın qara günü” adlandırıblar və oxucuları nəşrin ofisi qarşısına toplaşmağa çağırıblar.

“Nepszabadsag” qəzeti baş nazir Viktor Orban hökumətini dəfələrlə azad mətbuata qarşı mövqeyini və antimiqrant siyasətini tənqid edib.

Qəzetin redaktoru deyib ki, oktyar nömrələri üçün material hazırlayan jurnalistlərə işə çıxmaması üçün məlumat verilib və deyilib ki, nəşr öz fəaliyyətini dayandırır.

Amma gündəlik “Nepszabadsag” qəzetinin Astriyada mənzillənən təsisşisi“Mediaworks” bildirib ki, nəşrin dayanması “yeni konsepsiyanın realizasiyası üçün”verilmiş biznes qərarıdır.

10 milyon əhalisi olan Macarıstan Avropa Birliyinə daxil olan ölkələrdən biridir.(azadliq.org)

 

 

Bastainfo.com



This post has been seen 246 times.

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: