Rusiya Kalininqradda İsgəndər raketlərini yerləşdirib

Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib ki, Kalininqrada gətirilən İsgəndər raketlərindən birini ABŞ kəşfiyyat peyki onu müşahidə edə bilsin deyə nümayişkəranə açıq saxlayıblar.

Bundan əvvəl mətbuat Rusiyanın qərbindəki Kalininqrad bölgəsinə İsgəndər M taktiki raketlərin gətirildiyini bildirmişdi.

Reuters agentliyi raketin orbitdəki ABŞ peykindən müşahidə olunduğunu yazıb.

“Kompleksin “Ambal” gəmisi ilə daşınmasından böyük sirr edən edən olmayıb”, – İqor Konaşenkov deyib.

Onun sözlərinə görə bir raket gəmiyə yüklənməkdən əvvəl ABŞ kəşfiyyat peykininin parametrləri barədə məlumat almaq üçün bilərəkdən pərdələnməmiş saxlanılıb.

ABŞ kəşfiyyat idarələrinə istinadən yazılan Reuters agentliyinin təhlilində deyilir ki, İsgəndərlərin Avropa ilə həmsərhəd bölgəyə daşınması NATO-nun “addımlarından narazılığı” nümayiş etdirən siyasi jest ola bilər.

İsgəndər M kompleksi 1999-cu ildə istifadəyə verilib. Hər bir qurğuda iki raket yerləşir. Kompleksin atəş dairəsi 500 kilometrdir. Bu raket sisteminin Kalininqrad vilayətinə yerləşdirilməsinin ilk halı deyil.(BBC)

 

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: