Türkiyədə bomba yüklü avtomobilə hücum nəticəsində 6 əsgər şəhid olub – YENİLƏNİB

Türkiyənin Hakkari rayonunun Şəmdinli qəsəbəsində hərbi posta bomba yüklü avtomobilə hücum nəticəsində 6 əsgər şəhid olub.

APA-nın məlumatına görə, bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.

Terror aktını PKK terror təşkilatı törədib. Partlayış nəticəsində aralarında mülki şəxslərin də olduğu 7 nəfər yaralanıb.

***

saat 12.05

Bakı-APA. PKK terror təşkilatı Türkiyədə terror aktı törədib.

APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bu gün Hakkari rayonunun Şəmdinli qəsəbəsində hərbi posta bomba yüklü avtomobilə hücum edilib və güclü partlayış baş verib.

Partlayışdan sonra bölgəyə çoxlu sayda təcili yardım maşınları göndərilib.

 

 

Bastainfo.com

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: