Müsavatda təşkilatlanma ilə bağlı iş bölgüsü aparıldı

Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.

Divanda öncə Məclis üzvü Könül Mirzəyevanın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İcra Aparatının rəhbəri Gülağa Aslanlı Fridrix Nauman Fondunun dəvəti ilə Məclis üzvü Mustafa Hacıbəyli ilə birgə Gürcüstandakı parlament seçkilərində beynəlxalq müşahidəçi kimi iştirakları barədə məlumat verib. G.Aslanlı seçkilərin yüksək səviyyədə keçdiyini, heç bir ciddi qanun pozuntusu ilə rastlaşmadıqlarını qeyd edib. Divan üzvləri Gürcüstanda keçirilən seçkilərin demokratikliyinin əhəmiyyətini vurğulayaraq, Gürcüstan xalqını bu münasibətlə təbrik ediblər.

Divanda Bakı və əraziləri işğal olunan rayonlardakı yerli təşkilatların fəaliyyətinin gücləndirilməsi məsələsi müzakirə olunub.

Müsavat Partiyasının başqanı Arif Hacılı hər bir başqan müavininə və Divan üzvünə bir və ya iki rayon təşkilatının həvalə olunmasını təklif edib. Müzakirələr nəticəsində başqan müavinləri və Divan üzvləri arasında bölgü aparılıb, cavabdeh olunduqları rayon təşkilatları müəyyənləşdirilib.

Divan iclasında ölkədəki ictimai-siyasi vəziyyət müzakirə olunub. Ölkə başçısı İlham Əliyevin son müşavirədə səsləndirdiyi fikirlərə münasibət bildirilib, bu çıxışın reallıqlardan uzaq olduğu vurğulanıb.

Sonda cari məsələlərə baxılıb.

 

 

Bastainfo.com

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: