Sabirabadda ağır yol qəzası: bir azyaşlı dünyasını dəyişdi

Bu gün səhər saat 8:00 radələrində Sabirabadda dəhşətli yol qəzası baş vermişdir.

SHAGMAN markalı yük avtomobili Bulaqlı kəndi ərazisində magistral yolda marşrut mikroavtobusunu vurub. Hadisə nəticəsində mikroavtobusla məktəbə gedən  bir məktəbli dünyasını dəyişmiş, 5 nəfər isə yaralanmişdır. Məktəblilər H. Z. Tağıyev adına tam orta məktəbin şagirdləri olduğu bildirilir.

Xəsarət alan şagirdlər: Həsənov Rəşad Elman oğlu – VI sinif şagirdi, Əliyev Vüsal Murad oğlu – VI sinif şagirdi, Mirzəyev Rəhman Əziz oğlu – III sinif şagirdi, Ağayev Ağamirzə Mehman oğlu – III sinif şagirdi. Yaralılardan birinin adını hələ ki, müəyyən etmək mümkün olmayıb.

VI sinif şagirdi Həsənov Cavad Mehman oğlu isə hadisə nəticəsində dünyasını dəyişmişdir.

Allah rəhmət eləsin!

Azər İsmayıl, bastainfo.com

%d bloqqer bunu bəyənir: