Xaçmazda polis dəfn mərasiminə müdaxilə etdi

Polis əməkdaşları yerli müsavatçılara və Könülün qohumlarına təzyiq edir.

Bu barədə bastainfo.com-un baş redaktoru Mustafa Hacıbəyli məlumat verib. Onun bildirdiyinə görə Müsavat rəhbərliyinin Xaşmaza gəlişi yerli hakimiyyəti narahat edib. 

“Xaçmaza Könülün dəfninə gəlmişik. Mülki geyimli polislər 4 terefi əhatəyə alıblar. Dünəndən polis əməkdasşları yerli musavatçılara ve Könül Mirzəyevanın qohumlarına təzyiq edir, Arif Hacılının və Isa Qəmbərin Xaşmaza gəlişi ilə bağlı sorğu-suala tuturlar”, – M. Hacıbəyli bildirir.

Dünən günün ikinci yarısında Musavat Partiyası Xaçmaz r-n təşkilatının üzvü, Müsavat Məclisi və Qadınlar Şurasının üzvü Könül Mİrzəyeva (Könül Turan Türk)  uzun sürən xəstəlikdən sonra dünyasını dəyişmişdir. 

Allah rəhmət eləsin!

bastainfo.com



This post has been seen 10 times.

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: