Xaçmazın baş mollası Azərbaycan bayrağına qarşı çıxdı

Bu gün Xaçmazda Müsavat Partiyasının Məclis üzvü Könül Mirzəyevanın dəfn mərasimində görünməmiş olaylar yaşanıb.

Xəbər verdiyimiz kimi, dəfn mərasimindən əvvəl polis əməkdaşları Könül Mirzəyevanın qohumlarının və yerli müsavatçıların evlərinə gedərək, onlara təzyiq edib, Müsavat rəhbərliyinin Xaçmaza gəlişi və burada mitinq keçirib-keçirməyəcəkləri, dəfn mərasimində Azərbaycan bayrağının qaldırılıb-qaldırılmayacağı ilə bağlı sorğu-suala tutublar.

Dəfn mərasimində Müsavat Partiyasının başqanı Arif Hacılı, MSDM-nin rəhbəri İsa Qəmbər, Könül xanımın yaxın dostları, silahdaşları da iştirak ediblər.

Amma məsələ bununla da bitmir. Əsl mərəkəni hakimiyyət mənsubları məzarlıqda törədirlər. Həm də molla vasitəsi ilə. 

Artıq qeyd etmişdik, Könül xanım öz əqidədaşlarına onun məzarını Azərbaycanın və Müsavat Partiyasının bayrağı ilə örtülməsini xahiş etmişdi. Məhrhumun vəsiyyətini yerinə yetirmək istəyən dostları Xaçmazın baş mollasının – Elvin əfəndinin etirazı ilə qarşılaşıblar. O, bayraqların məzarın üzərinə sərilməsinə mane olmağa cəhd edib. Mollanı bu addımı atmağa onun yanında duran mülki geyimli iki şəxs təhrik ediblər.

Mollanın bu hərəkətinə Müsavat başqanı Arif Hacılı sərt şəkildə reaksya verib. O, bayraqların məzarı üzərinə sərilməsini Könül xanımın vəsiyyyəti olduğunu bildirib. “O boyda Rusiya imperiyasının qarşısında bu bayrağı qaldırmışam,  əlimdən ala bilməyib, sən alacaqsan?”, – Arif Hacılı deyib.

İnsanların dərd-qəm içində olduğu bir məqamda, onların heysiyyatı ilə oynamaq utancverici bir məqamdır. Əfsuslar olsun ki, Azərbaycanın mövcud iqtidarı, ələxsus da yerlərdəki səbatsız məmurları, onlara qeyd-şərtsiz xidmət etməyə qalxan “din xadimləri” bu sayaq əxlaqa sığmayan addımlar atmaqdan çəkinmirlər.

 

konul-3-3

konul-2-2

14611134_532449380278952_1424643530676145235_n

knltt_111016

Bastainfo.com

 

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: