‘Türkiyə İraqdan icazə almalıdır’- ABŞ

Birləşmiş Ştatlar Türkiyə və İraqı razılığa gəlməyə çağırıb, eyni zamanda Türkiyənin İraqda ordu saxlaması üçün Bağdaddan icazə almalı olduğunu bildirib.

Narazılığa səbəb Türkiyənin İraqın şimalına yerləşdirdiyi qüvvələrin mandatını artırmasıdır. İraq hökuməti ümumiyyətlə, türk əsgərlərinin ölkədən çıxmasını tələb edir, türklərin müdaxiləsinə ehtiyac olmadığını deyir.

Türkiyə prezidenti Recep Tayyip Erdoğan isə oktyabrın 11-də İraqla bağlı xüsusi çıxış edərək, əsgərlərini orda saxlamaq üçün icazəyə ehtiyacları olmadığını söyləyib. Ankara Mosula göndərdiyi əsgərlərin İŞİD-lə mübarizə aparan döyüşçülərə təlim keçdiyini bildirir.

Amma ABŞ Dövlət Departamentinin sözçüsü John Kirby İraqa yalnız İraq hökumətinin dəvəti ilə silahlı qüvvə yerləşdirilə biləcəyini və bu dəstələrin koalisiya qüvvələrinə qoşulmalı olduğunu deyib. «İraqa yerləşən Türkiyə silahlı qüvvələri beynəlxalq koalisiyanın tərkibində deyil»,- John Kirby belə deyib.

Türkiyə silahlı qüvvələrinin İraqda yerləşdiyi ərazidə, əsasən, türkmanlar yaşayır.(azadliq.org)

 

 

Basdtainfo.com



This post has been seen 39 times.

3 thoughts on “‘Türkiyə İraqdan icazə almalıdır’- ABŞ

  • 03.12.2016 at 22:14
    Permalink

    I’m impressed, I have to admit. Rarely do I come across a blog that’s equally educative and amusing, and without a doubt, you’ve hit the nail on the head. The issue is something that too few men and women are speaking intelligently about. Now i’m very happy that I came across this during my hunt for something concerning this.|

    Reply
  • 07.12.2016 at 20:20
    Permalink

    We’re a group of volunteers and opening a new scheme in our community. Your site provided us with valuable info to work on. You’ve done a formidable job and our whole community will be grateful to you.|

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: