Dünyanın etiraz etdiyi edam bu gündür – 22 yaşlı qadın…

İranda şiddətə məruz qaldığı üçün ərini öldürən 22 yaşlı qadın bu gün edam edilir.

Hürriyət.az xarici KİV-ə istinadən xəbər verir ki, Beynəlxalq Əfv Təşkilatı Zeynəb Sekaanvandın edamının ləğv edilməsi ilə bağlı İrana müraciət edib.

Qeyd edək ki, Zeynəb cinayətdə ittiham edilərkən 17 yaşında olub və beynəlxalq hüquq standartlarına görə yetkinlik yaşına çatmış hesab edilmir. 2012-ci ildə həbs edilən qadın ərinin onu tez-tez döydüyünü bildirib.

Əfv Təşkilatının Yaxın Şərq və Şimali Afrika üzrə hüquq direktoru Filip Luther məhkəmə qərarından duyduğu narahatlığı ifadə edib və bildirib ki, həbs edildikdən sonra da kişi polis məmurları ona işgəncə veriblər.

Zeynəb həbsxanada yenidən evlənib hamilə qaldığı üçün edamı təxirə salınmışdı, lakin doğuşa iki gün qalmış qadın uşağını itirdiyi üçün edam qərarı yenidən qüvvəyə minib.

 

 

Bastainfo.com

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: