Müstəqilliyin ildönümünə 1 həftə qalmış İstiqlalçı Millət Vəkilinə sayqısızlıq

1991-ci il, oktyabrın 18-də Ali Sovetdə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edilib.

Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının lehinə səs verənlər kimi əleyhinə də, səs verənlər vardı. Bu gün öyə-öyə müstəqilliyimizlə fəxr edənlər İstiqlalçı Millət Vəkillərini  layiqincə qiymətləndirirlərmi?

14657715_1395174427177810_521858496_n

Həmin İstiqlalçı Millət vəkillərinə gərəkli olan dəyər o tərəfə, hansı sayqı göstərilir, bu göz önündədir.

Bunun bariz nümunəsi mürtəce rejimin İstiqlalçı Millət Vəkili, Müsavat başqanı Arif Hacılıya sayqısız münasibət sərgiləməsidir.

Xəbər verdiyimiz kimi bu gün Müsavat başqanı Arif Hacılı Mütəşəkkil Cinayətkarlıqla Mübarizə  İdarəsinə çağırılıb.

Hansı səbəbdən çağırılır?

İzah olunmur…

Müstəqillik gününə bir həftə qalmış İstiqlal Aktına imza atmış bir tarixi şəxsiyyətin “Bandotel”ə çağırılması nəinki Arif Hacılıya, həm də Azərbaycan xalqına sayqısızlıqdır.

Ən azından Müstəqilliyin 25 illiyi ərəfəsində buna yol vermək olmazdı.

Amma, hakimiyyət cümhuriyyətçilərə olan kinini yenə də, boğa bilmədi və əsl xislətini təkrarən ortaya qoydu.

 

 

Könül Alı, Bastainfo.com

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: