Qazaxıstan prezidentinin qızı atasının səhhəti barədə danışdı

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev özünü yaxşı hiss edir.

“Report” “Tengrinews.kz” portalına istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında senator, respublikanın liderinin qızı Dariqa Nazarbayeva məlumat verib.

Daha əvvəl prezidentin mətbuat xidməti Nursultan Nazarbayevin müalicə aldığını bildirmişdi.

“O, soyuqdəymə ilə əlaqədar planlı müalicə kursu keçir. Ümumi vəziyyəti heç bir narahatlığa əsas vermir”, – deyə Qazaxıstan prezidenti mətbuat katibi Aydos Ukibay söyləmişdi.

Qeyd edilir ki, Nursultan Nazarbayev Azərbaycana və oktyabrın 14-də Yerevanda keçiriləcək KTMT sammiti üçün Ermənistana səfərlərini ləğv edib.

bastainfo.com

%d bloqqer bunu bəyənir: