Türkiyəli futbolçulardan insanlıq nümunəsi

İslandiya prezidenti və mediası Türkiyənin futbol üzrə milli komandasının üzvlərinə minnətdarlığını bildirib.

A24.Az  xəbər verir ki, futbol üzrə Dünya çempionatının seçmə mərhələsi çərçivəsində ötən bazar günü keçirilmiş İslandiya-Türkiyə matçından əvvəl təşkil olunan start mərasimindəki davranışları Türk futbolçuları diqqət mərkəzinə gətirib.

Məlumata görə, oyundan əvvəl azyaşlı uşaqlarla meydançaya çıxan Türkiyə millisinin üzvləri balacaların üşüdüklərini görüb öz gödəkçələrini onlara geydiriblər. Bu hərəkəti diqqətdən qaçırmayan İslandiyanın ən nüfuzlu “Morgunbladid”“Visir” nəşrləri baş verənləri “Türk futbolçuların böyüük ürəyi var” və “Düşünceli Türk futbolcular”başlıqları ilə təqdim edib.

İslandiya prezidenti Qudni Yohannesson isə bu davranıştan duyduğu məmnunluğu belə ifadə edib: “Oyun zamanı hava çox soyuq idi.

Oyunçularınız gödəkçələrini verərək tək yanlarındakı uşaqları deyil, İsland xalqının qəlbini də isindirdilər”.

Bastainfo.com

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: